"Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək"

14:31 11-10-2019 | icon 312 | Siyasət
"Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək"

Bu gün yaxşı fəaliyyət göstərən, eləcə də zəif, büdcəsi az olan bələdiyyələr var.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 

Onun sözlərinə görə, bələdiyyələrin hüquqi bazası demək olar ki, tamamlanıb:

"Zamanın tələbi ilə müəyyən düzəlişlər edilir. Bələdiyyələrin fəaliyyətlərini tam qura bilməsi üçün onların maliyyə imkanları olmalıdır. Dövlət büdcəsindən onlara dotasiya və subvensiya da ayrılır. Ancaq baxaq görək bələdiyyələr tərəfindən vergilər tam yığılırmı? Xeyr! Çünki bələdiyyələr öz torpaq ərazilərinin sərhədlərini tam müəyyən edə bilmirlər. Bələdiyyənin yaxşı işləyə bilməsi üçün onlarla insanlar arasında bağlantı olmalıdır, bu məsuliyyəti hər birimiz hiss etməliyik".

 

Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək:

"İlk növbədə o bələdiyyələrə dotasiya veriləcək ki, onların imkanları məhduddur. Hazırda bununla bağlı Milli Məclis və Prezident Administrasiyası tərəfindən birgə iş aparılır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı