“La Skala” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək

15:02 11-10-2019 | icon 442 | Mədəniyyət
“La Skala” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində İtaliyanın məşhur “La Skala” teatrının ulduzları çıxış edəcək.

 

Versus.Az xəbər verir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

 

Dünya opera mədəniyyətinin mərkəzi olan “La Skala” teatrının solistləri bütün ölkələrdə çıxışları zamanı anşlaq toplayır.

Bakı konsertinin proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər – C.Verdinin TraviataRiqolettoTrubadur, J.Bizenin Karmen, C.Puççininin ToskaBohema, Q.Donisettinin Sevgi şərbəti, V.A.Motsartın Don Juan, P.Çaykovskinin Yevgeni Onegin operalarından solo partiya və duetlər, populyar italyan mahnıları və s. ifa olunacaq.

 

Heydər Əliyev Mərkəzindəki konsertə biletlərin qiyməti 40, 60, 80, 100, 120, 140, 180, 200 və 220 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

İtalyan bariton Covanni Qualyardo ifaçı kimi uzun illərdir publikanın sevgisini qazanıb. Milandakı La Skala teatrı, Roma Opera Teatrı, Palermodakı Massimo Teatrı, Genuyadakı Karlo Feliçe Teatrı, Kataniyadakı Massimo Bellini Teatrı, Verona Filarmoniya Teatrı, Pyaçentsa Bələdiyyə Teatrı, Torre del Laqo Puççini Festivalı, Pekindəki Milli İfaçılıq Sənəti Mərkəzinin solistidir. Bruno Kampanella, Daniel Hardinq, Daniel Oren, Yuber Sudan və Myon-Vun Çunq kimi nüfuzlu dirijorlarla qastrollarda olur.

 

Tenor Massimiliano Pizapia parlaq karyerasını Milandakı “La Skala” teatrı, Sürix Opera Teatrı, Münhendəki Bavariya Dövlət Operası, Hamburq Dövlət Operası, Vyana Dövlət Operası, Leypsiq Operası, Buenos-Ayresdəki Kolon teatrı, Santyaqo Bələdiyyə Teatrı (Çili), Valensiyadakı Kraliça Sofiya İncəsənət Mərkəzi, Turindəki Recio Teatrı, Arena di Verona, Parmadakı Recio Teatrı, Parisdəki Bastiliya Operasında qurub.

 

Soprano Marina Naçkebiya Moskva konservatoriyasında professor Zurab Sotkilavanın sinfində təhsil alıb və 2014-cü ildə orada aspiranturanı bitirib. Monserat Kabalye (2012), Luçano Pavarotti (2012), Fransisko Vinyas (2013), Rikkardo Dzandonai (2013), Renata Tabeldi (2013), Marçello Ciordani (2014) beynəlxalq müsabiqələrinin laureatı olub. Onun qeyri-adi səsini İtaliyanın ən yaxşı teatrlarında – Parmadakı Recio Teatrında, Pyaçentsa Bələdiyyə Teatrında, Kataniyadakı Massimo Bellini Teatrında və Milandakı “La Skala” teatrında eşitmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı