Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir?

15:06 11-10-2019 | icon 156 | Siyasət
Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir?

Mərkəzi Seçki Komissiyası (MSK) illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların qeydiyyatının ləğv edilməməsinin səbəbini açıqlayıb.

 

Versus.Az xəbərverir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ancaq bəzi partiyalar buna əməl etmirlər.

 

Bu məsələyə münasibət bildirən MSK sədri Məzahir Pənahov bildirib ki, illik maliyyə hesabatı verməyən siyasi partiyaların qeydiyyatının ləğv olunması məsələsi qaldırıla bilər.

 

Buna səlahiyyətlərinin də çatdığını deyən MSK sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlarla belə müzakirə aparıblar ki, bu kimi hallar siyasi partiyaların bağlanmasına səbəb olmasın. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur:

"Onlara deyə bilməzsən ki, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsiz olsalar da, onun bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, siyasi partiya necə ola bilər ki, fəaliyyətsiz olub və bağlanıb?! Hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün bir fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatının ləğvi məsələsi qaldırılsa, hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu