"İlham Əliyev öz çıxışı ilə Ermənistanın baş nazirini yerində oturtdu"

13:11 12-10-2019 | icon 387 | Siyasət
"İlham Əliyev öz çıxışı ilə Ermənistanın baş nazirini yerində oturtdu"

Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabaddakı görüşündəki mühüm siyasi çıxışı ilə Ermənistanın yürütdüyü siyasətin heç bir arqumentə söykənmədiyini bir daha göstərdi.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Arzu Nağıyev deyib.

 

Onun sözlərinə görə, MDB dövlət başçılarının Aşqabaddakı görüşündə növbəti dəfə qeyri-adekvat mövqe nümayiş etdirən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin həmin görüşdəki çıxışından sonra onun arqumentləri qarşısından geri çəkilməyə məcbur oldu:

“Bu, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. MDB dövlət başçılarının Aşqabaddakı görüşündə Prezident İlham Əliyev öz çıxışı ilə Paşinyanı yerinə “otuzdurdu”.

Bununla yanaşı, MDB-nin dövlət başçıları bir daha başa düşdülər ki, Paşinyanın yürütdüyü siyasət MDB məkanında olan dövlətlərə zərərdir. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, İlham Əliyev çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı ilə Ermənistanın həm Azərbaycanın ərazi bütövlüyü, həm də MDB məkanına aid olan digər istiqamətlərlə bağlı yürütdüyü siyasətin çox geridə qalmış və heç bir arqumentə söykənmədiyini bir daha əsaslandırdı. Bu, Prezidentin Paşinyan üzərindəki növbəti üstün həlledici zərbəsi oldu”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı