“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

17:16 12-10-2019 | icon 4217 | Sağlamlıq
“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

Nərminə Abbasova: “Əgər disklərdən biri cırılarsa bu zaman sinirə təzyiq edərək bel ağrısına səbəb olacaq”

 

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel ağrılarından əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur.

 

Bel ağrılarıyla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, bu ağrılara bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında müşahidə olunur. Həkim-terapevt bel ağrılarının sümük, əzələ və bağ sistemlərimizlə əlaqəli olduğunu vurğuladı:



“Belin aşağı nahiyyəsində ağrıya bel fəqərə sümükləri, fəqərələr və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər. Belin yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər. Onurğa sütünü əzələlər, bağlar və vətərlərdən ibarət bir struktur olub anatomik olaraq seqmentlərə ayrılmışdır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir. Gərilmə, dartılma ən çox bel ağrısı səbəbləridir. Dartılma və gərilməyə səbəb olan hərəkətlər məqsədsiz əşya qaldırma, çox ağır əşya qaldırma, kəskin və yöndəmsiz hərəkətlərdir”.
 

Nərminə xanım deyir ki, onurğa sütunumuzun hər bir fəqərəsi disklərlə əhatə olunub. Əgər disklərdən biri cırılarsa bu zaman sinirə təzyiq edərək bel ağrısına səbəb olacaq:

 

“Disk qabarması zamanı sinirə təmas bel ağrısı ilə nəticələnə bilər. Qabarmış və ya yırtılmış diskin bu siniri sıxması nəticəsində sağrı nahiyyəsində kəskin və zoqquldayıcı ağrı yaranaraq aşağı ətrafın arxası ilə aşağı istiqamətdə ayağa yayılır.

Pasiyentlərdə ən çox artirit problemləri çanaq, bel, diz və əl oynaqlarında rast gəlinir.
 Əgər xəstədə onurğa qeyri-düzgün əyriliklərə sahibdirsə bel ağrıları müşahidə edilməsi qaçılmazdır. Məsələn, skolioz zamanı onurğa sütunü yana doğru əyilir”.


Həkim-travmatoloq bildirdi ki, bel ağrısı problemləri bəzi xəstələrdə At quyruğu sindromu ilə özünü göstərir. Onun sözlərinə görə, At quyruğu onurğa beyninin aşağı qurtaracağından başlayan spinal sinir kökləridir:

 

“At quyruğu sindromu olan pasiyentlərdə belin aşağı nahiyəsində və sağrı nahiyəsinin yuxarı hissəsində küt ağrı müşahidə edilir, sağrı, genital və bud - omba - nahiyəsində hissiyatın itməsi simptomları olur. Bəzi hallarda sidik ifrazı və defekasiya aktı ilə əlaqəli problemlər də müşahidə edilir.

İnsanlarımızda bel ağrıları baş qaldırarkən ağılarına ilk gələn Onurğa xərçəngi qorxusudur. Əgər onurğa beynində şiş yerləşibsə, siniri sıxaraq bel ağrısına səbəb olur.
Onurğanın infeksion xəstəliyi yüksək temepraturla yanaşı bel ağrısı simptomu ilə özünü gəstərir. Qeyd edim ki, qadınlarda çanağın infeksion xəstəliyi, sidik kisəsi və ya böyrək infeksiyaları da bel ağrılarına səbəb ola bilir”.

 

N.Abbasova qeyd etdi ki, bel ağrısı eyni zamanda gündəlik fəaliyyətimiz və ya yalnış duruş nəticəsində də yarana bilər. Bunlara yöndəmsiz önə əyilmə, əşyanı itələmək, əşyanı dartmaq, əşya daşımaq, bir şey qaldırmaq, uzun müddət ayaq üstə dayanmaq, uzun müddət aşağı əyilmiş vəziyyət almaq, fırlanmaq, öskürmək, xoruldamaq, əzələni gərginləşdirmək, həddindən artıq dartınmaq, boyunu həddindən artıq önə əymək - məsələn, maşın sürərkən və ya komputerdən istifadə edərkən, fasiləsiz olaraq maşın sürmək daxildir.

Həkim deyir ki, bel ağrısının risk faktoru xəstəliyin inkişafına, yaranmasına şərait yaradan zərərli vərdişlərə deyilir:

 

“Məsələn, artıq çəki II tip şəkərli diabet xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Dolayısı olaraq. Piylənmə II tip şəkərli diabet xəstəliyi risk faktoru sayılır. Zehni gərgin iş, hamiləlik, oturaq həyat tərzi, yaş - yaşlılarda bel ağrıları gənc və uşaqlara nisbətdə daha çox rast gəlinir, həyəcan, depressiya, cins - bel ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir, piylənmə və həddindən artıq çəki, siqaret çəkmə, yorucu, məqsədsiz fiziki idman, yorucu fiziki iş bel ağrılarının yüksək risk faktorlarıdır”.


 

Nərminə xanım bildirdi ki, bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyəsinə və ayaqlara yayılan ağrıdır. Hansı sinirin sıxılmasından asılı olaraq beldə olan patologiya bədənin digər nahiyələrində ağrıya səbəbi ola bilər:

 

“Bir çox hallarda əlamətlər qısa zamanda öz-özünə keçib gedir. Çəki itirmə, bədən temperaturunun yüksəlməsi, beldə iltihab, davamlı bel ağrısı - uzanma və ya dincəlmə zamanı azalmayan, aşağı ətraflara irradiasiya edən ağrı, dizdən aşağı yayılan ağrı, yaxın zamanlarda keçirilmiş bel zədələnməsi və ya travması, sidik saxlamama, sidiyə getmənin çətinləşməsi, nəcis qaçırtma, qeyri-iradi nəcis ifrazı olması, genital nahiyədə keylik, düz bağırsaq (anus-red.) ətrafında keylik, sağrı nahiyəsində keylik simptomlardan hər hansı biri bel ağrısı ilə birgə müşayiət edildiyi halda mütləq həkimə müraciət etmək lazımdır”.

 

Həkim-terapevt xəstəliyin diaqnozu ilə də bağlı fikirlərini bildirib. Bildirdi ki, diaqnoz zamanı fiziki müayinə və xəstədən anamnez topladıqdan sonra bel ağrısı diaqnozu qoyulaa bilir və çox hallarda görüntüləmə filmləri tələb olunmur:

 

“Əgər beldə hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik. Disk, sinir, vətər və digər problemlərə şübhə olduqda rentgen və ya digər görüntüləmə müayinələri, kompyuter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya müayinəsi kimi metodlardan istifadə edilə bilər.

Bel ağrılarının böyük əksəriyyəti tibbi müdaxilə tələb etmədən öz-özünə keçir. Adətən ağrılar ağrıkəsici dərman vasitələri və ya ağrı nahiyyəsinə soyuq və ya isti kompress ilə sakitləşdirilir. Qısa müddətli dincəlmə yararlıdır. Lakin bu uzun müddət davam etdikdə, əzələlərdə zəifləmə yaranaraq gələcəkdə bel ağrılarının daha da pisləşməsinə səbəb ola bilər”.



N.Abbasova bildirdi ki, bel ağrılarının kəskin və xroniki növləri var. Kəskin bel ağrısı qəflətən başlayır və maksimum 3 aya kimi davam edir. Xroniki ağrı isə uzun müddət ərzində yavaş-yavaş inkişaf edir, 3 aydan çox davam edərək uzun müddətli problemlər yaradır.

Bel ağrısının ev şəraitində müalicəsi qənaətbəxş olmadıqda həkimə müraciət etməyi vacib sayan Nərminə xanım vurğuladı ki, bu zaman həkim müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar məsləhət görə bilər:

 

“Ağrı azalan kimi fizioterapevt bel və qarın əzələlərini elastik edən və möhkəmlədən idman hərəkətləri təqdim edə bilər. Duruşu yaxşılaşdıran metodlar da kömək edə bilər.

Sadalanan müalicələr effekt vermədikdə və ya ayağa qədər uzanan ağrı qeyd edilirsə, epidural - onurğa beyni ətrafındakı sahə - sahəyə kortizon inyeksiya edilə bilər. Kortizonun iltihabəleyhinə təsiri vardır. O, sinir kökü ətrafında iltihabı azaldaraq ağrını kəsir. Təcrübələrə görə kortizon inyeksiyasından sonra 6 həftə ərzində ağrı olmaya bilir”.
 

 

DİQQƏT!

Əgər bel ağrılarından şikayətiniz varsa, onun müalicə yolları ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları