Milli qəhrəmanın həyat yoldaşı vəkil oldu

05:16 13-10-2019 | icon 597 | Cəmiyyət
Milli qəhrəmanın həyat yoldaşı vəkil oldu

Zorakılığa məruz qalan qadınların hüquqlarını qoruyacam. 

 

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova vəkillik fəaliyyətinə başlayacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə Sevinc Orucova bu barədə açıqlamasında deyib.

 

O bildirib ki, bir ildir əziyyətlə imtahanlara hazırlaşıb:

“Dostlar bilir ki, mən artıq bir ilə yaxın müddətdir ki, imtahanlara hazırlaşırdım. Nəhayət imtahan verdik və 90 nəfər vəkil vəsiqəsi qazandı. Onlardan biri də mən oldum. Ötən gün andiçmə mərasimi oldu. 90 nəfərin içində öz adımı ən sonda eşitdim. Vəkillər Kollegiyasınən sədri Anar Bağırov xüsusi olaraq məni sona saxladı və çox sağ olsun, vəsiqəmi şəxsən özü təqdim etdi”.

 

S.Orucova vəkillik fəaliyyətini zorakılığa məruz qalan qadınların hüquqlarının müdafiəsi üçün qazandığını deyib:

“Bildiyiniz kimi bizim “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyimiz var. Bizim işlərimiz çox böyükdür.  

Hazırda özüm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən bir qurumun hüquq departamentinin direktor müavini kimi çalışıram. Özüm ali təhsilli hüquqşünasam. Son hadisələrdən sonra dostlar mənə dəstək oldu, imtahan verməyə, vəkillik vəsiqəsi almağa vadar etdi, deyək. 

 

Ötən ilin oktyabr ayında Bakı Dövlət Universitetinin müəllimi Asif müəllimin dəstəyi ilə hazırlaşdım. İmtahanlarda Vəkillər Kollegiyasının da dəstəyi oldu. Bu gün çalışdığım, məsuliyyətini götürdüyüm işlərlə yanaşı imkansız ailələrə, zorakılığa məruz qalan qadınların hüququnu müdafiə etmək üçün bu vəsiqə üçün mübarizə apardım və qalib gəldim”./oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür