Velosipedçimiz fotofinişlə ikinci oldu

08:44 13-10-2019 | icon 390 | İdman
Velosipedçimiz fotofinişlə ikinci oldu

Türkiyənin Ədirnə şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Edirne” turu keçirilib. 124 km-lik yarış Azərbaycan yığma komandası üçün uğurla başa çatıb. 

 

Azərbaycan Velosiped İdmanı Federasiyasından Versus.Az-a verilən məlumata görə, yığmamız qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edib.

 

Yığma üzvlərimizdən ikisi finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat, 57 dəqiqə, 25 saniyə. 

Fotofinişə əsasən Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olub. 

 

Oktyabrın 13-də yığma komandamız Türkiyədə növbəti birgünlük yarışda – 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Kirklareli” turunda mübarizə aparacaq və daha sonra 2.1 kateqoriyalı Peninsula Turunda iştirak etmək üçün Malayziyaya yola düşəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı