Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

10:19 13-10-2019 | icon 1012 | Siyasət
Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Tariximizi Stalin yazdırıb!

 

QÜDRƏT İSAQOV

/Prof.Dr./

 
 
 
Azərbaycanda və bütün sovet respublikalarında tarix elmi Stalin tərəfindən istiqamətləndirilib-yazdırılıb. 
 
Azərbaycan tarixi İran-fars tarixinin tərkib hissəsi olaraq yazılıb və tədris olunub! 
 
Azərbaycanda Stalin dövründə türkəm deyənlərin hamısı məhv edilib! 
 
Azərbaycanda Stalindən sonrakı sovet dövründə türkəm deyənlərin heç birini vəzifəyə qoymayıblar! 
 
Bu gün də Türkiyəyə nifrət yaratmaq istəyən “alim” və “ziyalı” var.
 
 
Azərbaycanda bu gün də vəzifə başında məmur var ki, Türkiyə sözü gələndə nifrətini gizlətmir!
Azərbaycanda bu gün də “ziyalı” var ki, Türkiyəyə nifrət yaratmaq üçün dəridən qabıqdan çıxır! 
 
 
Azərbaycanda bu gün də “alim” var ki, Türkiyənin adı gələndə əsəbilşir, özündən çıxır!
 
Azərbaycanda bu gün də “alim” var ki, bizə türk olduğumuzu unutdurmaq üçün qalaq-qalaq zir-zibil əsərlər yazmaqla məşğuldur! 
 
 
Azərbaycanda bu gün də professor, dosent və müəllim var ki, universitetlərimizdə Türkiyəyə və türk dilinə nifrət yaradan zir-zibil əsərləri şövqlə və zövqlə tədris edirlər!  
 

Türkiyə və Türkiyə Prezidenti Ərdoğan

 
Azərbaycanı bəzi zir-zibil monoqrafiyalara, zir-zibil dərsliklərə, bəzi psevdo ziyalılara və psevdo alimlərə baxmadan, dünyanın hər yerində, regional birliklərdə, dünya birliklərində BMT-də müdafiə edən yeganə dövlət Türkiyədir! 
 
 
Türkiyə Prezidenti Ərdoğan Azərbaycanın haqq işini-Qarabağ problemini dünyaya car çəkən böyük liderdi! 
 
Türkiyə prezidenti Ərdoğan PKK-ya, YPĞ-yə, İŞİD-ə qarşı böyük mücadilələr və müharibələr edir! 
 
 
Ərdoğan ABŞ-ı terrorizmi dəstəlkədiyinə görə ittiham edir! 
 
Ərdoğan Türkiyə Cumhuriyyəti tarixində ilk böyük liderdi ki, hökuməti ordunun peşkası və oyuncağı  olmaqdan xilas etdi! 
 
 
Ərdoğan superdövlətlərin və dünyanın nə deməsinə baxmayaraq Türkiyəni qoruyur və Türkiyənin bütünlüyünü parçalamaq istəyən terrorçuları məhv edir! 
 
 
Ərdoğan dünya liderləri içərisində birinci 3-lükdə duran bir liderdi! 
 
Ərdoğan Türkiyənin siyasi reytinqini də dünya dövlətləri içərisində 3-cü yerə yüksəldib!
 

Azərbaycanın siyasi və iqtisadi imkanları Ermənistandan çoxdur

 
Niyə türk torpaqları olan Azərbaycanda Türkiyə ilə birlikdə antiterror əməliyyatları keçirmək üçün Ərdoğanla danışıqlar aparmırıq? 
 
 
Ərdoğan- İlham Əliyev-Putin ittifaqının yaradılması yolunda möhtəşəm addımlar atmağın zamanı yetişib! 
 
Putin Türkiyənin və Ərdoğanın vasitəsilə bütün islam aləmi və türk dünyası ilə əməkdaşlığa can atır. 
 
 
Türkiyə NATO-nun 2-ci dövləti olsa da Rusiya ilə əməkdaşlıq edərək özünün müstəqilliyini və müdafiə qüdrətini artırır! 
 
Azərbaycanın Rusiya ilə hərtərəfli əməkdaşlıq imkanları bütün MDB ölkələrinin əksəriyyətindən çoxdur. 
 
Azərbaycanın Ermənistanı Rusiyanın və Putinin gözündən salmaq üçün kifayət qədər siyasi və iqtisadi imkanları var! 
 
Azərbaycan özünün siyasi və iqtisadi imkanları vasitəsilə Rusiyanı-Putini  Ermənistana qarşı neytral mövqe tutmağa sövq edə bilər! 
 
 
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə birgə Rusiyanı-Putini Ermənistana qarşı neytral mövqe tutmağa sövq edə bilər! 
 
Azərbaycan bizi dünyada müdafiə edən Türkiyə ilə birlikdə Rusiyanı Ermənistana qarşı neytral mövqe tutmağa sövq edə bilər! 
 
 
Azərbaycan bizi daima müdafiə edən İslam Əməkdaşlıq Təşkilatı ilə birgə Rusiyanı Ermənistana qarşı neytral mövqe tutmağa sövq edə bilər! 
 

Torpaqlarımızı urra-patriotizmlə yox ağılla azad etməliyik 

 
Bu yazıda qeyd etdiyim kimi Dağlıq Qarabağın və işğal olunmuş bütün ərazilərimizin azad edilməsi problemi urra-patriotizm və özünü doğrultmayan günahsız havayı qanlar yolu ilə yox, çoxkombinasiyalı münasibətlər və sürətli hərəkətlər yolu ilə həll edilə bilər. Çoxkombinasiyalı münasibtlər və sürətli hərəkətlər sisteminin yaradılması üçün təcili olaraq iqtisadi, siyasi və hərbi proqramlar yaradılmalıdır. Yeni münasibətlər və sürətli hərəkətlər sisteminin yaradılması korrupsiyalara bulaşmamış insanlara tapşırılmalıdır! Sürətli hərəkətlər bir neçə ayın içərisində həyata keçirilməlidi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları