“Dağlıq Qarabağ Azərbaycandır!” İctimai Hərəkatının yaradılması tələbi

11:07 13-10-2019 | icon 941 | Siyasət
“Dağlıq Qarabağ Azərbaycandır!” İctimai Hərəkatının yaradılması tələbi

Elman Nəsirov: “Azərbaycanda müxalifət siyasi sistemin bir mühüm seqmenti olmaq iradəsinə malik deyil”

 

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasındakı çıxışı ölkə ictimaiyyəti tərəfindən müzakirə olunmaqla yanaşı, diqqətdə saxlanır. Bir çox ekspertlər bu çıxışı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan qətiyyətli addım, işğal faktının aradan qaldırılması istiqamətində cərəyan edən yeni bir xətt kimi dəyərləndirirlər.

 

Qeyd edək ki, bu çıxışdan sonra ölkədə vətənpərvərlik ruhunun daha da artdığını dilə gətirən YAP icra katibi Əli Əhmədov  bildirib ki, bu ruh “Dağlıq Qarabağ Azərbaycandır!” İctimai Hərəkatının yaradılmasını zəruri edir. Belə bir ərəfədə müxalifətin keçirdiyi icazəli etiraz aksiyası ətrafında baş verənlər isə birmənalı qarşılanmayıb. Bu və ya digər məsələlərlə bağlı millət vəkili Elman Nəsirov “Üç Nöqtə”yə danışıb.

 

Millət vəkili bildirib ki, Prezidentin Soçidəki qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanıb. Xalq görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir:

 

“Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-nın müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kmi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” hökmünü irəli sürdü”.

 

E.Nəsirov Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun “Dağlıq Qarabağ Azərbaycandır! “İctimai Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etməsini ümumxalq ruhun məntiqi nəticəsi olaraq dəyərləndirib. Onun fikrincə, bu təşəbbüs cəmiyyətimiz daxilində, xüsusilə gənclər arasında böyük rezonans doğurub, Ermənistanı isə matəm içinə qoyub:

 

“Paşinyanın ən qatı silahdaşları belə onu boyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər. Yaranan yeni reallıqda Ermənistanda da “Valday” məğlubiyyətindən irəli gələrək bir ictimai hərəkat formalaşmağa başlamışdır. Bu hərəkat “Dağlıq Qarabağ Ermənistandır” adlanmır. Onu adı “Paşinyandan xilas hərəkatı”dır”.

 

“Yenə həmin Əli Kərimli, yenə həmin “demokratiya aşiqləri” - “köhnə hamam, köhnə tas””

 

E.Nəsirov təəssüflə bildirib ki, bu gün xalq arxasında dayandığı öz Prezidentinin “Dağlıq Qarabağ Azərbaycandır.Nida işarəsi" siyası ideyası ətrafında birləşib, milli birlik və həmrəylik nümayiş etdirdiyi halda, radikal müxalifət “hakimiyyət sevdası” ilə alışıb-yanır. Onun sözlərinə görə, məhz belə bir ərəfədə Bakı Şəhər İcra hakimiyyətinin 8 oktyabr tarixinə razılıq verdiyi piketi xalqdan uzaq düşmüş müxalif qruplaşmaların “rəhbər”lərinin mitinqə çevirmək canfəşanlığı onları məhz “siyasətin bic övladları” səviyyəsinə endirmiş oldu. E.Nəsirov  bildirib ki, “drijor”lar bu “siyasi şou”da birbaşa yer almaslar da, “barmaqları” hər yerdə görünürdü:

 

“Bu barmaqlar aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə, habelə nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törədilməsində öz nadürüst işini görürdü. “Pərdə arxası”ndan boylanaraq siyasi təxribat siqnalı verən radikallaşmış “lider”lər “bəlkə də qaytardılar”sevdası ilə yaşayır, siyasi məqsəd naminə “hər cür təxribatlar məqbuldur” formula ilə hərəkət edirdilər”.

 

E.Nəsirov müxalifətin məlum davranışını “siyası vulqarlıq və məsuliyyətsizliyin mənzərəsi” adlandıraraq, aparılan ötəribir  təhlilin belə bir sıra ciddi nəticələr ortaya çıxardlğını qeyd edib. İlk olaraq gəlinən ilk qənaət bu olub ki, Azərbaycanda müxalifət siyasi sistemin bir mühüm seqmenti olmaq iradəsinə malik deyildir. Köhnəlmiş və nimdaşdır.  Yeni liderlər və yeni yanaşmalar ortaya qoymaq iqtidarında deyildir. Necə deyərlər, yenə həmin Əli Kərimli, yenə həmin “demokratiya aşiqləri”. Ortada isə necə deyərlər, “köhnə hamam, köhnə das”.

 

E.Nəsirov qeyd edib ki, radikal müxalifət siyasi uğursuzluqlarının fundamental səbəblərini araşdırmaq niyyətində deyil:

 

“Bəlkə də, var, sadəcə, bu istiqmətdə ciddi təhlil və analizlərin aparılması və onun nəticələri onları “siyasi depressiya”ya sürükləyir, labirintə salır. İşığın görünmədiyi qaranlıq tunel effekti yaradır. Bu halda “dəvəquşu sindromu” yeganə nicat yolu kimi görünür. Təhlükə sovuşsun deyə, başlarını quma soxurlar... O isə sovuşmur, çünki təhlükə radikal müxalifətin öz bətnindədir. Müxalifət daxilən təmizlənməlidir. Yenidən doğulmalıdır. Əqli nimdaş vucudlardan xilas olmalıdır”.

 

“Real siyasət odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz”

 

Millət vəkili bildirib ki, nə qədər ki, müxalifətin radikal kəsimi praqmatik və real düşüncə tərzinə deyil, hakimiyyət hərisliyi yolunda illüziyalar qapılacaqlar, bu halda xalqın qapısı da üzlərinə bağlı qalacaqdır:

 

“Real siyasət isə odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz. Xalqın gözü tərəzidir. Bu həqiqəti danmaq olmaz.  Azərbaycan müxalifəti yenə sevinmir. Revanşist düşüncələr girdabında boğulmaqdadır. Çarəni nəticəsinə özlərinin də inanmadıqları növbəti piket və mitinqlərdə axtarırlar”.

 

E.Nəsirov eləcə də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə koməkçisi - şöbə müdiri, professor Əli Həsənovun Azərbaycan Televiziyasına verdiyi geniş  müsahibəyə diqqət çəkərək, səsləndirdiyi  məsələlərlə bağlı əsas məqamları qeyd edib.

 

“Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının qürur mənbələrindən biridir. Azərbaycan xalqı tərəfindən baykot edilən müxalifət bu həqiqəti qəbul etsə də belədir, etməsə də. Prezident İlham Əliyevin siyasətinin təməlində insan durur, vətəndaş durur, Azərbaycan xalqının maddi və mənəvi maraqları durur. Xarici siyasətinin də təməlində o dayanır. Belə liderə qalib gəlmək belə müxalifətə nəsib olmayıb və olmayacaq”- deyə, E.Nəsirov Əli Həsənovun bu fikirlərinin sübuta ehtiyacı olmayan bir aksiom adlandırıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı