"Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır"

11:41 13-10-2019 | icon 701 | Geopolitika
"Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır"

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır.

 

Bunu Versus.Az-a xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

 

Onun sözlərinə görə, oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Şurası çərçivəsində təşkil olunmuş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışında nasist cinayətkarların xüsusilə Ermənistanda qəhrəmanlaşdırılması məsələsinə toxunub və Ermənistanın əvvəlki rəhbərliyinin Qaregin Njdenin şərəfinə abidə ucaltması məsələsini misal göstərib. Cavab olaraq Ermənistan Baş naziri kifayət qədər uğursuz şəkildə Njde məsələsinə erməni-türk tarixi nöqteyi-nəzərindən haqq qazandırmağa çalışıb:

 

"Njdenin İkinci Dünya müharibəsi zamanı törətdikləri məlumdur və milli tarixə istinadlar bu əməllərə haqq qazandıra bilməz. Prezident İlham Əliyev cavab çıxışında Njde ilə bağlı bir sıra tarixi faktlara aydınlıq gətirib və xüsusilə qeyd edib ki, əgər indiki Ermənistan rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini düzəltməyə çalışırsa, o zaman müəyyən nəticələr çıxarmalıdır.

Ümumilikdə, nasist cinayətkarlar qədər Monte Melkonyanın timsalında məşhur terrorçuların da qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır. Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı