"Yeniyetmə şahmatçımızın qalib xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər"
Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram"-dakı rəsmi səhifəsində qeyd edilir.
Paylaşımda deyilir:
"Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"