Həyatdan və işdən yorulanlar üçün

00:01 14-10-2019 | icon 957 | Sağlamlıq
Həyatdan və işdən yorulanlar üçün

5 gücartırıcı ELİKSİR

Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? İş-güc, qayğılar çiyinlərinizdə ağır yükdür? İş günündən sonra heç cür bərpa ola bilmirsiz? İstirahət sizi bərpa etmir? İndi bərpa olmağa zaman və pul da çatışmır.

 
 
Versus.Az Medicina.az-a istinadən işgüzar və həyatda qayğısı çox olub, bütün enerjisini itirən insanlar üçün gücverici möcüzə eliksirlərin reseptini təqdim edir.
 
 
Bunlar qədimdən baba-nənələrimizin xilaskarı olub. Bəlkə sizə də elə bu eliksirlər güc, enerji verəcək.
 
 
Eliksir 1`
 
1 çay qaşığı bal, bir kənd yumurtası sarısı və yarım limon şirəsi. Əvvəlcə yumurta sarısı şirə ilə həll olunur, sonra balla qatılır. 
Alınmış qarışımı səhər yeməyində qəbul edirsiz.
 
 
Eliksir 2
 
5 ədəd qara gavalı, 3 ədəd əncir qurusu, 2 dilim limon, 2 alma, xörək qaşığı kişmiş
 
Hamısının üzərinə bir az su alıb, 10 dəqiqə qaynadın, 15 dəqiqə saxlayıb süzün. 
Səhərlər için.
 
 
ELİKSİR 3
 
Bir portağalın şirəsini sıxıb, 2 ədəd almanı sürtgəcdən keçirib qatırsız. Qoz ləpəsini narın edib, əlavə edirsiz. Beyni qüvvətləndirən bu qarışımı gündə 2 dəfə qəbul edin
 
 
Eliksir 4
 
1 ədəd limon qaynayan suda 1 dəqiqə saxlanılır. Sonra onu sürtgəcdən keçirirsiz. 20 qr kərə yağı və yarım qaşıq bal qatıb, qarışdırırsız. Çay içən zaman qaşıqla yeyirsiz
 
 
Eliksir 5
 
Yulaf dənlərini 100 qramını 5 stəkan suda bişirin. Kisel kimi qarışım alınmalıdır. Sonra onu süzüb, bura 3 stəkan qaynanmış süd əlavə edin. Eləcə də 3 x.q təmiz bal qatıb qarışdırın. Səhərlər və axşama yeyə bilərsiz
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?