Xərçəngdən qoruyan Narşərabın 10 faydası

00:07 14-10-2019 | icon 488 | Sağlamlıq
Xərçəngdən qoruyan Narşərabın 10 faydası

Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab xərçəng hüceyrələrinə qarşı güclü təsirə malikdir.

 
 
Narşərab kalium, maqniy, dəmir, fitonsidlər, tanin, C, P, E vitaminləri, meyvə turşusu, antioksidantlarla zəngindir.
 
 
İndi nar mövsümüdür, ucuzdur, nardan nə edəcəyinizi bilmirsizsə, elə narşərab hazırlaya bilərsiz.
 
 
Versus.Az Medicina.az-a istinadən narşərabın 10 faydasını və hazırlanma qaydasını təqdim edir.
 
1.Hemoqlobin azlığı, anemiyada qan artırır
 
2.Hipertoniyada təzyiqi normallaşdırır
 
3.Ürək-damarları təmizləyir, ürək əzələsini qidalandırır
 
4.Avitaminozda vitamin və turşuları artırır, bununıa da immunitet yüksəlir
 
5.Bədxassəli şişlərin qarşısını almaq üçün çox effektivdir, xüsusən beyin, bağırsaq, qaraciyər şişləri
 
6.Bağırsağın mikroflorasını düzənləyir, parazitləri tökür
 
7.Radiasiya, şüa və kimyaterapiya alanlara xüsusilə lazımdır. Radiasion zədələnmələrdə immuniteti dəstəkləyir, zərərli qalıqları çıxarır
 
8.Narşərab həzm prosesinə kömək edir. Buna görə də çox zaman pəhriz saxlayan insanlara tövsiyə olunur. Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir.
Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qədər yeyildikdə toxluq hissi yaradacaq. 
 
9.Huşunu itirənlərə də nar şərbəti və ya narşərab içirilir. Beyni qidalandırır. 
 
10.Şirin nar suyu səs batması və sətəlcəmə qarşı çox şəfalıdır.
 
 
Kimlərə olmaz:
 
•Mədə turşuluğu çox olanlara
•Mədə, 12 barmaq bağırsaq xoralarında, qastrit
•Mədəaltı vəzi pankreatiti olanlara
•Diş emalı zədəli və zəif olanlara
•Qəbizliyi olanlara
•Həddən artıq aşağı təzyiqi olanlar
 
 
 
Resepti:
 
 
Təxmini olaraq 145 ml nar şirəsi əldə etmək üçün 2 kq nar lazımdır. Narşərabı əldə etmək üçün turş nar istifadə etməlisiniz. İlk olaraq narları üzərində ağ pərdəsi qalmayacaq şəkildə təmizləyin.
 
 
Əgər ağ qisimlərini diqqətli bir şəkildə ayırmasanız, acı dadda olacaq. Ayırdıqdan sonra bir tənzif üzərinə qoyaraq suyunu çıxarın. Istəsəniz portağal sıxandan da istifadə edə bilərsiniz.
 
 
 Sonrasında yenə tənzifdən keçirməlisiniz. Əldə edilən suyu qazanın içərisinə qoyun və asta odda qarışdıraraq bişirin. Nar suyunuz bəhməz formasına gəldikdən sonra ocaqdan ala bilərsiniz. 
 
 
Qaynama zamanı üzərində ağ köpüklər meydana gəlsə bu yığın.
 
Narşərabı normal  halına gəlib gəlmədiyini anlamaq üçün bir qaşıq nar bir kasaya alın və soyudun. Əgər soyuduqdan sonra məhlulı tünd olarsa, narşərab hazır olmuşdur. 
 
 
Ocaqdan aldığınız nar turşusunu soyuduqdan sonra şüşə qaba doldurmaq olar. Qoyduğunuz qabın ağzını möhkəm bağlayın. Bu şəkildə soyuducuda uzun bir müddət xarab olmadan mühafizə edə bilərsiniz. 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı