Rusiyada işləyənlərin stajı Azərbaycanda pensiya təyinatında nəzərə alınmır

12:52 14-10-2019 | icon 324 | Cəmiyyət
Rusiyada işləyənlərin stajı Azərbaycanda pensiya təyinatında nəzərə alınmır

Rusiyada işləyənlərin topladığı əmək stajı Azərbaycanda pensiya təyinatı zamanı nəzərə alınmır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Rusiyada çoxlu sayda azərbaycanlı işləyir və onlar Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər:

"İnsanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir. Bu məsələlər üzərində iş aparmaq mümkündür. Dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Dövlətlərarası konvensiya olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb".

 

H.Rəcəbli əlavə edib ki, son 2 il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər baş verib:

"Ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təyinatının elektronlaşdırılması əhali ilə işi asanlaşdırır. Əhalinin 80 faizi evdə olarkən pensiya ilə bağlı məlumatları SMS və ya e-mail vasitəsilə alır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...