19 növ müavinətin alınması üçün vətəndaşların nazirliyə müraciət etməsinə ehtiyac olmayacaq
Bu ilin sonuna qədər vətəndaşlara 19 növ müavinətlə bağlı proaktiv xidmətin təqdim edilməsi nəzərdə tutulur.
Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Proaktiv xidmətin mahiyyətini açıqlayan nazirin sözlərinə görə, bu xidmətlərin tətbiqi zamanı vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin də daxil olmasına ehtiyac olmur:
"Vətəndaşların müavinət almaq hüququ dövlət tərəfindən tanınaraq təmin olunur. Bura həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır".
S.Babayev qeyd edib ki, bu ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatının tam şəkildə proaktiv xidmətlərə keçirməyi nəzərdə tutulur. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"