Füzulinin Soyuqbulaq Xatirələrindən 

16:25 14-10-2019 | icon 1128 | Şəhidlər və şahidlər
Füzulinin Soyuqbulaq Xatirələrindən 

 "BƏHMƏNİN YARALANMASI BİZİ MƏYUS ETDİ"

 

II HİSSƏ

 
(əvvəli bu linkdə)
 
 

..UAZ -n minaya düşməsi, rəhmətlik BƏHMƏNin yaralanması xəbərindən çox məyus olduq. UAZ-ın qabaq sol təkəri minaya düşdüyündən BƏHMƏNin ayağının birini tamamilə qırıb atmış, o biri ayağını isə yaralamışdı. Partlayışın gücü UAZ- ı yolun altına meşəliyə atmışdı. Beləliklə günün birinci yarısında 1 şəhid 3 yaralı ilə yoldaşlarımızı itirdik. Gün ərzində bir nəfər döyüşçü yoldaşımız da yaralandı. Bu yaralı ƏFRAYIL kişi idi. Bizim artilleriya düşmən səngərlərinə tutarlı zərbələr endirirdi. Hər mərmi düşdükcə ƏFRAYIL kişi yerindən qalxıb sevincək halda "əla"- qışqırırdı.

 
 
Dəfələrlə onu inandımaga çalışsaq da, düşmən tərəfin snayperləri bizim səngərləri nəzarətdə saxlayır, bizə məhəl qoymurdu. Növbəti atəş, ƏFRAYIL kişi artıq düşmən snayperinə tuş gəlmişdi. Ağır bədən cüssəsinə malik bu adamı daşımaq cox kömək tələb edirdi. Köməkləşib UAZ minaya düşən yerə qədər apardıq. Orada həkimə təhvil verib , öz mövqelərimizə qayıtdıq. Mən onun şəhid olduğunu bilirdim. Sonradan onun sag qaldıgını eşitdim.
 
 
Düşmən vertalyotları bizim üstümüzdən uçuşlar edərək bizi qorxuya salmaq istəsələr də buna əhəmiyyət belə vermirdik. "MOLDAVİYADAN GƏLƏN AZƏRBAYCANLI", YOXSA "ERMƏNİ KƏŞFİYYATÇISI"!? Musanın tabeliyində olan rusdillilər bizim solumuzda özləri üçün post qurmuşdular. Minamyotla düşməni bir an belə dinc buraxmırdılar. Düşmən tərəf isə atəş nöqtəsini susdurmaq üçün o istiqamətə zərbələr endirirdilər. Onların yanında olan, özünü Moldaviyada yaşayan azərbayçanlı kimi təqdim edən bir nəfərin erməni kəşfiyyatcısı kimi gəldiyini yoldaşlara desəm də, "ola bilməz" deyidilər. Adın bir necə dəfə soruşdum fərqli çavab verdi. Bir dəfə də soruşanda "adım VAQİFDİ" demişdi...
 
 
Soyuqbulağın içi ilə Hoçaza gələn yoldan bir MTB-be yolun altına sürüşüb düşmüşdü. Növbə ilə kəndə dincəlməyə gələndə onun texnikadan pulemyotu sökdüyünü gördüm. Kimdən icazə aldığını soruşanda "komandir bilir" cavabını verdi...
 
 
İgid Teymurlu
VERSUS.AZ
 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı