MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır

17:15 14-10-2019 | icon 372 | Cəmiyyət
MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın 15-dən paytaxt Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

 

Komissiyadan Versus.Az-a verilən məlumata görə, MSK-nın Aşağı seçki komissiyaları üzvlərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan kurslar ölkə üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edəcək.

 

Tədris proqramına uyğun olaraq kurslarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar keçiriləcək və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.

 

Genişmiqyaslı maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların 3 gün davam etməsi və oktyabrın 17-də başa çatması nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol