“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?
Ötən gecə yarısı SOCAR prezidenti Rövnəq Abdullayevin işdən azad edildiyi haqda xəbər ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Feyk internetə reket KİV-lərin əli ilə ötürülmüşdü. Təbii ki, aztirajlı KİV-lər ənənəyə və dırnaqarası jurnalistikanın yazılmamış qaydalarına əsaslanıb rəsmi informasiya mənbələrinə məhəl qoymur, manipulyasiya üstünlük verir və etibarlı olmayan mənbələrə istinad edirlər. Bu etibarsız mənbə həm də qeyri-rəsmi mənbə statusunda çıxış edə bilər. Xüsusən də hakimiyyət nümayəndələri barədə istər dezinformasiya olsun, istər insunasiya və ya informasiya badalağı, müxalif və müxalifyönlü KİV-lər tərəfindən asanlıqla qapılır. Budur, bundan sonra etibarsız mənbənin sızdırdığı yalan məlumat leqallaşdırılmış yarımrəsmi informasiyaya çevrilir.
Bəs birdən rəsmi hökumət mənbələri həmin yalanı təkzib etsələr nə olacaq? Heç nə! Reket jurnalistlər üçün itirməyə heç nə yoxdur, onlar gənc yaşlarında onsuz da imiclərini birdəfəlik itiriblər. Müxalifətçilər isə barmaqlarını hakimiyyətyönlü fraksiyalar arasında Vizantiya xalçası altında artmaqda olan konfrontasiyaya tuşlayacaqlar. Bəs oxucu?-oxucu auditoriyasının xeyirxah həqiqətaxtaranları sual edə bilər. Oxuculara isə hansısa istefalar haqda oxumaq, daha sonra Mark Tvenin sözləri ilə desək, bu istefanın niyə baş vermədiyi haqda axmaq izahata qulaq asmaq, hansısa məmurun hansısa istefası barədə yenidən maraqlı xəbərlər oxumalı olacaqları barədə ümidlərə qapılmaq həmişə maraqlıdır.
Həmin vaxtda isə heç nədən şübhələnməyən SOCAR rəhbəri Rövnəq Abdullayev onun baş verməmiş istefası barədə ümumxalq müzakirələrinin getdiyi bir vaxtda Əfqanıstanın ticarət və sənaye naziri ilə görüş keçirirdi. “İşdən azad edilmiş” R.Abdullayev öz istefası barədə xəbəri necə qarşıladı? Yəqin ki, əfqan nazir “Taliban”ın Kabili aldığı haqda xəbəri necə qarşılaşyardısa, elə qarşılayıb.
Hələ uşaqlıqdan Mayakovski bizi buna öyrədib ki, əgər, hətta ulduzlar da parlayırsa deməli bu kiməsə lazımdır. Kiminsə “tüklü əlləri” son vaxtlar məqsədyönlü şəkildə Azərbaycanın milli neft şirkətinin imicini dağıtmaq üçün işləyir. Bu kimin əlləri ola bilər? Ölkə daxilindədir, yoxsa onun hüdudlarından kənarda, bunu müəyyən etmək elə də asan deyil. Amma belə görünür ki, kimsə süni şəkildə qalmaqallar seriyası hazırlayır və onların episentrində bir qayda olaraq həmişə SOCAR yer alır.
Məsələn, Rövnəq Abdullayevin “istefası ərəfəsində” YouTube-də kurort şəhərində baş vermiş növbəti qalmaqal haqda süjet peyda oldu. Xeyr, bu dəfə İbitsada deyil, Yunanıstanın Mikonos şəhərində,-Azərbaycanın dövlət neft şirkətindən olan “qızıl gənclərin” iştirakı ilə. Guya SOCAR-dan olan zənginlərin övladları Mikonosda milyonlarla dolları sağa-sola səpələyiblər və bu da yunan jurnalistlərinin diqqətini cəlb edib.
Yunan telekanalında doğrudan da Azərbaycandan olan zəngin turistlərin orgiyaları və əyləncələri, dollarları Mikonosda sağa-sola səpələmələri haqda tok-şou keçirilib. Amma verilişdə bir dəfə də olsun “SOCAR” sözü keçmir. Aydın şəkildə belə deyirlər - Azərbaycandan olan zəngin turistlər. Yəni ölkənin adını çəkirlər, amma neft və şirkət barədə bir kəlmə də yoxdur.
Paradoksaldır, amma bir neçə saat sonra “tüklü əllər” YouTube-də uzanır və tələsik həmin yüngülçəkili, sübutsuz-dəlilsiz süjeti yüngülcə montaj edir, ora bizim neft oğlanlarının Yunanıstanın turist Məkkəsindəki bahalı əyləncələri haqda qeyd əlavə edir. Və bu virus-süjeti dərhal Kərimlinin orqanı-“Azadlıq” ələ keçirir və Dövlət Neft Şirkətindən olan “qızıl oğlanların” yeni əyləncləri barədə feyk xəbəri tirajlamağa başlayr. Neftin talanması, Rövnəq Abdullayev və onun ailə üzvləri barədə mühakimələr apararaq antixalq neft adamları ilə mübarizəyə çağırışlar edilir...Sonra “tüklü əllər” bütün bu mühakimələri və çağırışları internetə sızdırır, Azərbaycanın Dövlət Neft Şirkətinə ümumxalq nifrəti çarxını fırlatmaqda davam edir. Sözün əsl mənasında “tüklü əllər” hakimiyyətin seçimini bəribaşdan müəyyənləşdirməyə, Abdullayevin çöküşünü sürətləndirməyə, feyki olmuş hadisəyə çevirməyə çalışır.
Rövnəq Abdullayev ikinci dezinformasiya-Mikonos videosüjeti haqda bir neçə saat sonra eşidir. Və həmin telesüjetin orijinalını tələb edir. Və əlbətdə ki, o həmin süjetdə şirkəti barədə bir sözə belə rast gəlmir. Əlbətdə ki, ikiqat kazus SOCAR rəhbərini bərk qayğılandırır.
Onun ayaqlarının altını kim qazır? Və nəyə görə müxalifət məhz onu hakmiyyətdəki əsas hədəfi kimi seçib? Bəlkə kimsə müxalifətə kömək edir və onu SOCAR-ın üstünə yönəldir? Və ya həmin “tüklü əllər” elə müxalifətin özüdür? Lakin dünyanın bir çox xaqlarının “əgər siz belə ağıllısınızda onda niyə belə kasıbsınız?” deyimini “əgər siz belə ağıllısınızsa niyə indiyə qədər müxalifətdəsiniz?” kimi dəyişdirib təkrarlasaq, o zaman müxalifətin hadisələri yaratmaq istedadı və imkanlarına şübhə etmək olar. Bəlkə xarici düşmən? Yaxud yanındakı düşmən?
Dünən Rövnəq Abdullayev üçün çətin gün idi. İstefa barədə dezinformasiyanın dövriyyəyə buraxılması, Əfqanıstan naziri ilə görüş və nəhayət İbitsadakı oğurluq barədə ölümsüz əhvalat fonunda Yunanıstan kurortu barədə insunasiya....
Səhər açılanda ölkə R.Abdullayevin baş tutmayan istefasını da yaddan çıxaracaq, yunan mifini də. Sual başqadır-ölkəyə bunları unutmağa imkan verəcəklərmi? Bax məsələ budur. Axı Çörçilin məşhur frazasını indiki hadisəyə uyğunlaşdırıb təkrarlasaq Rövnəq Abdullayevin çoxdan gözlənilən istefasının niyə baş vermədiyini izah edənlər həmişə tapılacaq... Və beləliklə, növbəti “istefaya” və Maldivlərdə qalmaqala qədər! /musavat.com/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"