"Tək millətin iki mətbuatı, iki diasporu ola bilməz..."

22:57 14-10-2019 | icon 663 | KİV
"Tək millətin iki mətbuatı, iki diasporu ola bilməz..."

"Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik"

 

Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.

 

Versus.Az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransında deyib.

 

Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:

“Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.

 

Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub:

“Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan “Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.

 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Türk dünyasının gözünün Bakıda olduğunu nəzərə çatdırıb: 

“Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. Ölkəmizdə müxtəlif xalqlar və dinlər multikultural cəmiyyətdə yaşayır. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalət qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması tələb edilir. Ancaq 20 ildən çoxdur, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir". /musavat.com/

c48724ee-7045-4bca-b7b6-f056a7ecdb13.jpg (100 KB)

salon 1.jpg (108 KB)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...