Jalə Əliyeva: “Seçkilərə qarşı heç bir təsir ola bilməz” - MÜSAHİBƏ

14:22 10-04-2018 | icon 1141 | Siyasət
Jalə Əliyeva: “Seçkilərə qarşı heç bir təsir ola bilməz” - MÜSAHİBƏ

 

“Azərbaycan xalqı öz seçimini edib və öz sözünü deyib”

 

Millət vəkili Jalə Əliyevanın Versus.Az-a müsahibəsi

 

- Jalə xanım, artıq sabah seçkidir. Seçki ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyası ərəfəsində ölkəmizə qarşı yönələn “söyüşlər” ən çirkin həmlə olmaqla nə dərəcədə əks reaksiya ilə qarşılandı?

 

“Söyüş kampaniyası aparanların mənşəyi bəlli deyil”

 

- Xaricdən ölkəmizə yönələn “söyüş kampaniyası” çox xoşagəlməz və çirkin bir siyastin təzahürüdür. Hətta düşmən də öz mübarizəsini “kişi” kimi aparmağı bacarmalıdır. Bu cür kampaniyaları aparanların isə mənşəyi bəlli deyil və onlar radikallığın ən çirkin mərtəbəsinə qədər gedib çıxıblar. Təbii ki, “milçək özü bir şey deyil, amma ürək bulandırır”.

Bu mənada belə hallar Azərbaycanın milli-mənəvi dəyərlərinə xələl gətirdiyi üçün qarşısı alınmalıdır. Çünki bu, hələ düşüncəsi tam formalaşmamış insanların - gənclərimizin, yeniyetmələrimizin mənfi yönə istiqamətləndirilməsi təhlükəsini daşıyır və bu baxımdan daha çox narahatlıq doğurur. Öz hədyanlarını söyüşlə, bəlkə də leksikonumuzda olmayan ifadələrlə dilə gətirən qüvvələrə qarşı nə qədər əhəmiyətsiz, əsassız yanaşsaq da, cavabları verilməlidir. Eyni zamanda internet üzərindən yayımlanan əxlaqa zidd olan, şəkillər, filmlər, “məlumatlar” təkcə formalaşmaqda olan gənclik üçün deyil, bütövlükdə mənəvi əxlaqi dəyərlərimiz üçün hər bir zaman ziyanlıdır. Çünki ideoloji siyasətin bir qolu da milli düşüncənin formalaşmasıdır. Bizim hər birimiz - ziyalılar, siyasətçilər, adi vətəndaşlar, hər kəs belə hallara qarşı mübarizə aparmalı, bu bir ovuc “vətənpərvəri” yerində oturtmağı bacarmalıdırlar. Çünki burada ayrı-ayrı insanların şəxsiyyəti deyil, ümumilikdə Azərbaycan xalqının nüfuzuna, adına xələl gətirəcək ifadələr səslənir. Zəngin mədəniyyəti olan bu xalq belə təhqir dolu çıxışları pisləyir və bu cür söyüşlərə qarşı ifrat hissi ilə yanaşır.

Digər tərəfdən, bilirik ki, hədyanları yayan qüvvələrin fəaliyyəti heç bir nəticə verə bilməz. Çünki Azərbaycan xalqı öz seçimini edib və öz sözünü deyib və milli-mənəvi dəyərlərinə sadiqdir. Artıq nəyin yaxşı nəyin pis olduğunu bilən və öz seçimini edən vətəndaş üçün bu cür təhqir dolu “məlumatlar” daldan atılan daş xarakteri daşıyır.

 

- Sizcə, bu cür söyüşlərin arxasında hansı güclər dayanır?

 

- Ümumiyyətlə, Azərbaycan hər hansı bir uğurlu siyasi kampaniyaya başlayarkən, beynəlxalq layihələrə ev sahibliyi edərkən, regional layihələri imzalayarkən buna bənzər hədyanlarla qarşılaşıb. Hər hansı uğurlu layihələrimiz olanda, dərhal Azərbaycanda nələrisə qaralamağa çalışırlar. Lakin bu, çirkin kampaniyanı həyata keçirənlərin elə özlərinə ləkədir. Bu onlara üzağlığı gətirməyəcək və təbii ki, bu bir ovuc insan özbaşına hərəkət eləmir. Onların xaricdəki havadarları və yol göstərənləri Azərbaycanın uğurlarına qıcıqlanırlar. Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayandan bəri də belə neqativ hallarla üzləşməkdəyik.

 

“Qüdrətli Azərbaycana, İlham Əliyevə səs verəcək”

 

- Seçki ərəfəsində xaricdə başladılan bu cür “söyüş kampaniyası” seçki günündə öz reaksiyasını nə dərəcədə göstərə bilər?

 

- Seçkilərə qarşı nə daxildən, nə də xaricdən heç bir təsir ola bilməz. Azərbaycanda dəfələrlə seçki kampaniyaları və seçkilər keçirilib. Hər bir seçki kampaniyası, dünyaya nümayiş etdirib ki, Azərbaycan seçicisi azaddır və o, öz iradəsini nümayiş etdirərək arzu etdiyi, inandığı, gələcəyini etibar etdiyi namizədə səs verəcəkdir. Son 20-25 ilin təcrübəsi göstərib ki, Azərbaycan xalqı düzgün yoldadır, o öz evinin, ailəsinin, uşağının firavanlığını, ölkəsinin sabitliyini sülhü hər şeydən üstün tutur, özü qədər inandığı, etimad göstərdiyi przeidentinə sadiqdir, və bir daha qüdrətli Azərbaycana, Prezidenti İlham Əliyevə səs verəcəkdir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür