“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” - TƏQDİMAT

08:37 15-10-2019 | icon 57 | Ədəbiyyat
“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” - TƏQDİMAT

Azərbaycan Milli Kitabxanasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimat mərasimi keçirilib. 

 

Versus.Az xəbər verir ki, türkdilli dövlətlərin əməkdaşlıq şurasının 7-ci Bakı Zirvə Görüşü münasibəti ilə “Türk dünyası həftəsi” çərçivəsində baş tutan tədbirdə bir sıra tanınmış alimlər iştirak edib. 

 

Təqdimat mərasimini giriş sözü ilə Milli Kitabxananın direktoru, professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov açıb. Adıgedən kitabı ərsəyə gətirdiyi üçün müəllifi alqışlayan professor bu monoqrafiyanın nizamişünaslar üçün dəyərli mənbə olduğunu bildirib.

 

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov öz çıxışında bu kitabın Nizami Gəncəvinin türklüyünü şübhə altına alan, onun milliyyətcə fars olması ilə bağlı təbliğat aparan əcnəbi alimlərə tutarlı cavab olduğunu qeyd edib. Bildirib ki, XII əsrdə Nizami öz fəlsəfi fikirlərini cəmiyyətə çatdırmaq məqsədilə əsərlərini farsca yazıb.

 

Sonra söz kitabın baş elmi məsləhətçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslıya verilib. Professor Avropa nizamişünaslarından fərqli olaraq, Azərbaycan nizamişünaslarının Nizaminin öz əsərlərində gizli şəkildə bəyan etdiyi fikirləri çözməklə tədqiqat apardıqlarını bildirib. Ə. Nəcəfzadənin də belə alimlərdən olduğunu qeyd edərək, onun əməyini yüksək qiymətləndirib.

 

Nizaminin milli mənsubiyyətinin türk olması ilə bağlı geniş nitq söyləyən Gəncə Dövlət Universitetinin professoru, Nizamişünaslıq Mərkəzinin rəhbəri Xəlil Yusifov Nizaminin elmi şərhinin ədəbiyyatşünaslıqda yer almasının zəruriliyini vurğulayıb.

 

Eyni mövzu üzrə çıxış edən AYB-nin katibi, yazıçı İlqar Fəhmi bəyan edib ki, Nizaminin əsərləri ilə fars şairlərinin əsərlərini dil baxımından müqayisə etdikdə, Nizaminin təmiz fars dilində yazmadığını, o dilin incəliklərinə varmadığını görürük ki, bu da Nizaminin farsca düşünmədiyinin, türklüyünün sübutudur.

 

BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Əskər kitabın əhəmiyyətindən bəhs açaraq, Ə.Nəcəfzadənin tədqiqatını yüksək qiymətləndirib.

 

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, nizamişünas alim professor Seyfəddin Rzasoy kitabda səslənən fikirlərin Ə.Nəcəfzadə tərəfindən sistem halına salındığını qeyd edib və bu kitab sayəsində Azərbaycan ədəbiyyatı tarixinə baxış konsepsiyasının dəyişdiyini vurğulayıb.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Lalə Əlizadə qeyd edib ki, kitabda 29 alimin Nizami ilə bağlı fikirlərini şərh edən Ə.Nəcəfzadə, həm də ustalıqla öz təhlillərini aparıb.

 

Digər çıxışçı – Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın elmi redaktoru dosent Əkrəm Bağırov kitabın ərsəyə gəlməsində Ə.Nəcəfzadənin 100-dən artıq elmi mənbədən istifadə etdiyini, maraqlı təhlillər apardığını söyləyib.

 

Əlyazmalar İnstitutunun böyük elmi işçisi, kitabın mətn redaktoru dosent Tünzalə Seyfullayeva monoqrafiyanın müəllif tərəfindən xronoloji ardıcıllıqla mükəmməl tərtib olunduğunu qeyd edib və bildirib ki, bu kitab Nizamini fars şairi kimi təqdim edənlərə onun türk olduğunu tə sdiqləyən sübutdur.

 

Sonda kitabın müəllifi Əzizağa Nəcəfzadə tədbirin təşkilatçılarına öz minnətdarlğıını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO