165 məktəbin 102-sində nəticələr yüksəlib

12:27 15-10-2019 | icon 327 | Təhsil
165 məktəbin 102-sində nəticələr yüksəlib

Bakıda inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində (61,8 faizində) nəticələr keçən illə müqayisədə yüksəlib.

 

Versus.Az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

 

Onun sözlərinə görə, IX sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənnindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə Bakının bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib:

"Qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilib. Layihəyə cəlb edilən məktəblərdə isə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib. Nəticədə 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb və həmin məktəblərin 102-sində (61,8 faizində ) nəticələr keçən illə müqayisədə artıb. 165 məktəbin inkişafı proqramında Suraxanı, Sabunçu, Xəzər, Pirallahı və Qaradağ rayonlarının ümumtəhsil məktəbləri olub. Sevindirici haldır ki, qeyd olunan hər bir rayon üzrə orta bal göstəricisi ötən tədris ilinə nisbətdə yüksəlib".

 

R.Tağıyev əlavə edib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlərin buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayı azalıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı