“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/
Bir neçə gündür sosial şəbəkələrin qəhramanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.
Yayılan videomüraciət nə qədər məyusedici olsa da, bir acı reallıqdır. Həm də bir dərs. O dərs ki, bizlərə təsadüfi və tanımadığımız adamlardan qəhrəman “düzəltməyi” bəlkə bizlərə tərgitdi...
Trend-in məlumatına görə, redaksiyamıza daxil olmuş videomüraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.
Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünəməxsus formada müxalifət düşərgəsinə müraciət edib. O, müraciətində: “Alo eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb...
Azərbaycan müxalifətində zamanla alınmış və satılmış siyasi fiqurlar görmüş xalq bunu da görmək zorunda qaldı... Bu, bir daha sübut etdi ki, hər yoldan keçəndən “qəhrəman düzəltmək” bizlərin cəmiyyət və müxalifət olaraq zərərinədir...
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"