Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

17:28 15-10-2019 | icon 31 | Siyasət
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

 

Baş Prokurorluqdan Versus.Az-a verilən məlumata görə, ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur.

 

Bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Səfərin birinci günü nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

 

Nümayəndə heyəti Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət etmişlər.

 

Daha sonra Baş Prokurorluqda görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Baş prokurorun müavini Namiq Əsgərov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıqdan qaynaqlandığını xüsusi vurğulamışdır.

 

Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokurorun müavini, Türkiyənin daim Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini bildirmişdir.

 

Azərbaycanın məhkəmə sistemi, Azərbaycan Prokurorluğunun strukturu və fəaliyyəti, məhkəmələrdə dövlət ittihamının müdafiəsi barədə qonaqlara ətraflı məlumat verilmişdir.

 

Görüşdə həmçinin, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatlar və yeniliklər, xüsusilə bu sahədə yeni mərhələ olan Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə əlaqədar görülmüş işlər barədə məlumat verilmişdir.

 

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Halil Koç ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edərək, nümayəndə heyətinin üzvlərində Azərbaycan haqqında sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirmişdir. Qonaq qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edərək, ölkəmizlə bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verildiyini vurğulamışdır.

 

Halil Koç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığımızın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini bildirmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qadının ən gizli orqanının sirri açıldı

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Paşinyan yenə sərsəmlədi və...