“II Azərbaycan Xalq Mahnıları Festivalı” sona çatıb

00:26 16-10-2019 | icon 368 | Mədəniyyət
“II Azərbaycan Xalq Mahnıları Festivalı” sona çatıb

8-13 oktyabr tarixində keçirilən "II Azərbaycan Xalq Mahnıları Festivalı"nın bağlanış mərasimi olub.

 

Versus.Az xəbər verir ki, festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnılarımız təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiəti ilə Muğam televiziya müsabiqəsinin laureatları, Beynəlxalq Muğam Mərkəzinin solisti olan olan gənc xanəndələr Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər ifalarda "Qaragilə", "Sarı gəlin", "Süsən sünbül", "Bəri bax" kimi dillər əzbəri olan mahnılarımız səsləndirdilər.

 

Layihənin iştirakçıları Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.

 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd "Qızıl fond"da qorunan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...