Seçki məntəqələri səsverməyə necə hazırlaşır?

17:40 10-04-2018 | icon 1694 | Gündəm
Seçki məntəqələri səsverməyə necə hazırlaşır?

 

Müşahidələr aparılıb

 

Sabah – aprelin 11-i prezident seçkisi günüdür. Paytaxt və regionlarda seçki məntəqələri hazır vəziyyətə gətirilib.

 

Versus.Az olaraq, bir neçə seçki məntəqəsinə baş çəkib, hazırlıqlarla bağlı müşahidələr aparıblar.

 

“Göradil məktəbi seçkidə həmişə aktivliyi ilə seçilib”

 

Göradil kənd məktəbində qurulan 45 saylı Abşeron seçki dairəsinin 34 saylı seçki məntəqəsinin seçkiyə tam hazır vəziyyətdə olduğunu müşahidə etdik. Məktəbin direktoru Rəmziyyə Heydərova bildirib ki, məktəb müəllimləri, eləcə də valideynlər seçkilərə çox həvəslə hazırlaşıblar:

 

“Göradil məktəbi seçkidə həmişə öz aktivliyi ilə seçilib. Biz 11- aprelə böyük bir həvəslə hazırlaşırıq. Müəllimlərimiz də bu işdə çox böyük aktivlik göstərirlər. Kəndimiz sivil kənddir. İnsanları savadlı, dünyagörüşlüdür. Hətta ali təhsil almayan insanları belə çox mədəni insanlardır. Onlar bilirlər ki, seçki mədəniyyətini göstərmək üçün məntəqəyə gəlib səs verməlidirlər.

 

Biz fəxr eləməliyik ki, Azərbaycan kimi gözəl vətənimiz var. Fəxr edirik ki, ölkəyə ulu öndər kimi dühamız başçlıq edib və onun İlham Əliyev kimi layiqli davamçısı rəhbərlik edir. Sabah biz öz Sarvanımızı seçirik. İnanırıq ki, bizim Karvanımızın başında cənab İlham Əliyev duracaq”.

 

“Seçkiyə yüksək templə hazırlaşırıq”

 

17 saylı Yasamal seçki dairəsinin 3, 4, 5 saylı seçki məntəqlərində də müşahidə apardıq. 31 saylı tam orta məktəbdə qurulan 4 və 5-ci saylı məntəqələrdə aktivlik, səliqə-səhman, görülən hazırlıq işləri xüsusilə diqqəti çəkib. MnSK üzvləri səsverməyə yüksək templə hazırlaşdıqlarını bildiriblər.

 

“Səsvermə otağı tam hazır vəziyyətdədir”

 

11 Aprel Prezident seçkilərinin şəffaf, ədaləti şəkildə keçiriləcəyinə əminliyini ifadə edən 31 saylı Suraxanı II secki dairəsinin Yeni Günəşli qəsəbəsində yerləşən 13 saylı məntəqə seçki komissiyasının sədri Coşğun Soltanov bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. MnSK sədrinin bildirdiyinə görə, seçkiyə hazırlıq prosesi çox yüksək səviyyədə olub:

 

“Prezidentliyə namizədlər üçün təbliğat-təşviqat dövründə bərabər şərait yaradılmaqla yanaşı məntəqə üzvlərimiz də Seşki Məcəlləsində təsbit olunan bütün vəzifələrini layiqincə yerinə yetiriblər. Seçkinin növbədənkənar olma faktı bizim işimizdə heş bir çətinlik yaratmayıb və bütün prosedurlar tam zamanında və Seçki qanunvericiliyi əsasında öz həllini tapıb. Məsələyə kompleks şəkildə yanaşsaq, məntəqəmizin hüdudları çərçivəsində heç bir problem yaşanmayıb”.

 

Coşğun Soltanov vurğulayıb ki, hər bir seçicinin tam normal şəraitdə səsvermə prosesində iştirakı üçün ən yüksək səviyyədə şərait yaradılıb:

 

“Seşkinin gedişatında beynəlxalq və yerli müşahidəçilər, həmçinin KİV nümayəndələrinin prosesi izləmələri üşün səsvermə otağı tam hazır vəziyyətdədir”.

 

22 saylı Nəsimi II seçki dairəsinin 4 və 5 saylı seçki məntəqəsində müşahidəmiz davam edib. Müşahidələr əsasən, bu seçki məntəqəsində aktiv hazırlıq işləri aparılıb. Lakin həddən artıq ehtiytlı olan məntəqə üzvləri şəkil çəkilməsinə icazə verməyiblər. MnSK üzvləri işlərin qaydasında getdiyini söylədilər.

Qeyd edək ki, həmin ərazidə yerləşən bir neçə məntəqə seçki dairələrində müşahidə aparılmasına imkan verilməyib.

 

VERSUS.AZ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı