Azərbaycan vətəndaşları Türkiyədə 800-dən çox daşınmaz əmlak əldə edib

12:41 16-10-2019 | icon 356 | Cəmiyyət
Azərbaycan vətəndaşları Türkiyədə 800-dən çox daşınmaz əmlak əldə edib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 829 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 ədəd daha çoxdur.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.

 

Statistikaya əsasən, Azərbaycan vətəndaşları Türkiyədə yanvarda 95, fevralda 105, martda 87, apreldə 87, mayda 90, iyunda 67, iyulda 92, avqustda 88 və sentyabrda 118 daşınmaz əmlak əldə edib.

 

Sentyabr ayında Türkiyədə 146,9 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin sentyabrı ilə müqayisədə 15,4 faiz çoxdur.

 

Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 4,177 min daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin sentyabrı ilə müqayisədə 25,6 faiz azdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi