“Sabah SƏS verməyə gedəcəksiz?”

19:17 10-04-2018 | icon 614 | Siyasət
“Sabah SƏS verməyə gedəcəksiz?”

VS yanaşmalar

 

Versus.Az 11 aprel Prezident Seçkisi ilə əlaqədar ictimaiyyətdə gündəmi tutan “Sabah Səs verməyə gedəcəksinizmi” sualı ətrafında sorğu keçirib. Sorğu namizədliyi qeydə alınmayan və digər partiya rəhbrləri arasında aparılıb.

 

“Səsverməyə qatılacam”

 

ALDP sədri Fuad Əiyev səsverməyə qatılacaq. Partiya sədri əvvəldən sərgilədikləri mövqeyə uyğun olaraq, seçki prosesində, o cümlədən vətəndaşların səsvermədə aktiv iştirakını vacib sayıb:

 

“Vətəndaş seçkiyə getmədikcə o, özü demokratik seçki mühitinin formalaşmasına maneə yaradır. O, seçkiyə getməlidir ki, baş verəcək neqativlərin qarşısını ala bilsin”.

 

Seçki prosesi başlayandan seçkilərə qatılan və namizədliyini irəli sürən Fuad Əliyev bütün partiya üzvlərinin seçkiyə qatılacağını deyib.

ALDP sədri səs verəcəkləri namizədin də hamıya bəlli olduğunu vurğulayıb.

 

“Səs verməyəcəm”

 

VİP sədri Əli Əliyev partiya olaraq öz mövqelərinə sadiq qaldıqlarını deyib:

 

“Qeyri-legitimliyi ortada olan prosesə qatılmaq saxtakarlara dəstək ola bilər”.

 

Səs verməyə getməyəcəyini deyən Ə.Əliyev ona etimad edən insanların sabahkı səsverməyə qoşulmasını da yanlış sayıb:

 

“Yenə də hesab edirik ki, ölkəyə demokratik proses, legitim hakimiyyət lazımdır. Bir gündən sonra İlham Əliyev növbəti dönəmə prezident elan ediləcək. Lakin əfsuslar olsun ki, seçki menecerləri həmişə olduğu kimi, reallıqdan uzaq bir kampaniya apardılar. Debatlarda danışanlar daha çox köhnə - yeni Prezidentin bəzi rəqiblərini vururdular. Belə olduğu təqdirdə hansı seçkidən söhbət gedə bilər”.

 

“Qatılacam”

 

Ağ Partiyanın sədri Tural Abbaslı  bildirib ki, bir vətəndaş olaraq səs verməyə qatılacaq. T.Abbaslı namizədliyi qeydə alınmasa da, əvvəldən də müəyyən etdikləri kimi müxalifətin namizədini dəstəkləyəcəklərini deyib. Partiya sədri üzvlərinin seçkiyə qatılmada sərbəst olduqlarını da vurğulayıb:

 

“Kim istəsə seçkiyə qatıla bilər və istədiyi şəxsə səs verə bilər”.

 

“Seçkiyə atılmaq istəmədik”

 

Xalq Partiyasının sədri Pənah Hüseynli bildirib ki, partiya seçkidə iştirak etməmək haqqında qərar verib. Ona görə də sabahkı səsvermədə iştirak etməyəcəklər:

 

“Əvvəla seçkilər qəflətən təyin olunub. İndiki iqtidar öz namizədini irli sürüb və bir neçə gün qalmış onu elan etməklə öz rəqiblərini qeyri-bərabər səviyyəyə salıb. Seçki kamissiyaları tamamilə hakim partiyanın üzvlərindən təyin olunub. Dəfələrlə seçkiləri saxtalaşdırb və ədalətli keçirilməsinə olan ümidləri puç edib. Bu mənada seçkiyə atılmaq istəmədik”.

 

LƏMAN

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı