Məhəbbət Kazımovun ailəsi NARAZIDIR

17:46 16-10-2019 | icon 563 | Mədəniyyət
Məhəbbət Kazımovun ailəsi NARAZIDIR

Onun mahnısını başqası öz adına çıxır

 

“Atamın köhnə tanışlarından olan, onun ansamblında gitara çalmış Teymur Laçınlı atamın bəstələdiyi “Mən səni sevən gündən” mahnısını öz adına çıxıb”.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında mərhum müğənni Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib.

 

O, qeyd edib ki, atasının son bəstələrindən olan “Mən səni sevən gündən” mahnısını Məhəbbət Kazımovdan sonra Xatirə İslam və başqa 3-4 müğənni də ifa edib.

 “Yaxın günlərdə “Instagram”da xoşagəlməz bir şeylə qarşılaşdım. Atamın gitaristi olan Teymur Laçınlı mahnının öz bəstəsi oldğunu bildirib. Həmçinin, qeyd edib ki, bu mahnını oxumağa heç kimə icazə vermir. Burdan demək istəyirəm ki, həmin mahnının bəstəkarı Teymur bəy deyil, elə atamın özüdür. “Mən səni sevən gündən” mahnısının sözləri Zahid Abbasa, bəstəsi atama aiddir. Sadəcə həmin mahnıda kiçik bir parça var ki, Teymur Laçınlı onu ifa edib”.

 

Rəşid Kazımov bildirib ki, kiminsə özünün olmayan mahnı üçün müğənnilərə qadağa qoyması düzgün deyil:

“Mən oğlu, biz ailəsi olaraq mahnını oxuyanlara bir şey demiriksə, Teymur bəyə söz düşməz. Mən həmişə deyirəm ki, sənətkarı xalq yaşadır. Müəllif hüquqları qorunduğu təqdirdə atamın istənilən mahnısı ifa olunsa, biz heç nə demərik. Burdan demək istəyirəm ki, mahmıya heç bir qadağa yoxdur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI