Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

22:45 16-10-2019 | icon 1247 | Dünya
Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

Onu təxminən 6 ilə yaxındır tanıyırdım. İraq türkləri, Kərkük, Türkməneli ilə baglı bütün məsələlərdə anında məlumat verən, türkmənlərin səsini Türk dünyasına çatdıran insan. Bu illərdə bir dəfə də olsun, işinin çox olmasına baxmayaraq açdıgım telefonları cavabsız qoymayıb. Əksinə Kərkükdə, türkmənlərin yaşadıgı bütün bölgələrdə baş verənlərlərlə baglı ətraflı məlumatlandırıb. Heç vaxt özü barədə yazmagımıza razı olmayıb. Hər dəfə - “Ablam, yetər ki, Kərkükdə olanları Azərbaycandakı bacı – qardaşlarımıza çatdırın” – deyib. Əlavə edib ki, yazmağa ehtiyac yoxdur, bu mənim borcumdur.

 

Söhbət İraq Türkməneli Partiyasının rəsmisi, partiyanın başqanı, İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ən yaxın, sədaqətli silahdaşı Yılmaz Hüseyndən gedir. Bu ilin yanvar ayında İraqa, Kərkükə səfərim zamanı onunla, gözəl ailəsi ilə daha yaxından tanış oldum. Bu illərdə yorulmadan bütün suallarımızı cavablandırdıgına, faktiki olaraq İraq türkmənləri, Kərküklə Azərbaycan arasında körpü yaratdıgına görə ona minnətdarlıgımı bildirdim. Yenə də bu mənim işim və borcum deməklə kifayətləndi fədakar qardaşımız.

 

Kərkükdə oldugum müddətdə hər addımda yanımızda oldu, ən kiçik detala qədər ətraflı məlumat verdi. Yılmaz qardaşımız barədə danışarkən İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya bildirdi ki, o, hamldan çox iş görər, Kərkük üçün canını verər, amma bir xüsusiyyəti var ki, heç vaxt adından söz etdirməyi, bunu mən etdim deməyi sevməz:

 

Onun dilində mən sözü yoxdur. Gecə - gündüz çalışır, Kərkük, türkmənlərin səsinin eşidilməsi üçün bütün fədakarlıqları edir, çətinlikləri gözə alır, amma buna görə heç kimdən adi sag ol kəlməsini belə gözləməz. Çox vicdanlı, dürüst, sədaqətli biridir və türkmən gənclərinə gözəl, saglam örnəkdir”.

 

Kərkükdə Yılmazla birlikdə xüsusi icazə ilə İŞİD – dən (DAEŞ) azad olunmuş türkmən kəndlərinə getdik, oraları qarış – qarış gəzdik. Evlərindən, dogma torpaqlarından didərgin düşən insanlar xarabaya çevrilsə belə yenidən yurdlarına dönürdlər. Çünki, İŞİD (DAEŞ) həmin kəndləri ələ keçirdikdən sonra bütün evləri, məktəbləri, xəstəxanaları bombalamışdı, elektrik, su xətləri sıradan çıxarılmışdı. İnsanlar  quru torpagın üzərində yaşamaga belə razı idilər. Həmin kəndlərin əhalisi ilə söhbət etmək çox agrılı idi. (Bu barədə İraq səfəri ilə baglı reportajlarımda geniş yazmışdım – A.S) Həmin yerlərdə olarkən Yılmaz İŞİD tərəfindən işgəncə ilə qətlə yetirilən insanlar, ailələr, əsir götürülən, indiyə qədər taleyi məlum olmayan türkmənlər barədə bir – bir məlumat verirdi. Hətta İŞİD-in kimyasal bomba atdıgı kənddə olarkən Yılmaz dedi ki, ablam buradan video material çəkək , azərbaycanlı qardaşlarımız gözləri ilə görsünlər.

 

Haşiyə: Kərkükdə, Türkmənelində yaşayan qardaşlarımız yüz illərdir öz varlıgları ugrunda mücadilə verirlər, şəhid olurlar, qətl edilirlər, soyqırımlara məruz qalırlar, amma bir addım belə dogma torpaglarından geri addım atmırlar. Onların bu mübarizəsinə, ayaqda qalmalarına hər zaman heyrət etmişəm. Çünki, nələr yaşadıqlarını, canları bahasına öz torpaglarını, yurdlarını qoruduglarını yaxşı bilirəm. Yılmaz qardaşımı yaxından tanıyandan sonra daha çox  anlayıram ki, hər bir türkmən gənci, türkmən oglu türkmən torpaglarından ötrü son nəfəsini, son damla qanını verər, amma bu yurdu tərk etməz.

 

Yılmazın gözəl ailəsi, həyat yoldaşı, anası, bacısı ilə yaxından tanış oluram, birlikdə çörək kəsirik. Bu evdə özümü Azərbaycandakı kimi hiss edirəm. Çünki Kərkükdə, Türkmənelində hər şey Azərbaycanla bənzər deyil, eynidir. Təsəvvur edin ki, Azərbaycandan min kilometrlərlə uzaqda bir Azərbaycan var. Ötən reportajlarımda yazmışdım, türkmənlərlə bizim danışıgımız, sözlərimiz eynidir və orada da xanım xatın, üzü nurlu bir ana sənə - “Ana qurban, xoş gəlmisən” – deyir. Yılmaz qardaşımızın gözəl anası, Kərkükə, Türkmənelinə layıq altı övlad – üç ogul, üç qız böyüdən ana. Altı övladın böyüyü isə 1979-cu ildə dünyaya gələn Yılmazdır. Onunla söhbətimiz o qədər şirin, gözəldi ki. Bütün türkmən qardaşlarımız kimi Azərbaycanı, Qarabagı soruşur, torpaglarımız üçün dua edir:

 

Ailəmizdə hamı, övladlarım Türkiyəni necə sevirlərsə, Azərbaycanı da elə sevirlər. Hər zaman, Sovetlər dönəmində də bilmişik ki, bizim Azərbaycan adında bir yurdumuz var. Orada canı canımızdan, dili dilimizdən olan qardaşlarımız var. Övladlarımı da belə böyütdüm. Azərbaycan mugamlarını, musiqisini çox sevirik, türkmən musiqisi ilə eynidir. Bir – birimizdən uzaq da olsag da, dualarımızdasınız həmişə. İnşALLAH, Azərbaycan torpagları tezliklə işgaldan azad olar”.

 

Yılmazın dünyalar gözəli beş övladı var. Yusif, Yunus, Merve, Adnan, bir də balaca Aynur. Uşaqların dördü  türkməncə təhsil alır və əlaçıdılar. Merve deyir ki, böyüyəndə həkim olacaq, insanları sagaldacaq. Türk, ərəb, ingilis, Azərbaycan dilində çox gözəl şeirlər söyləyirlər.

 

Yılmazın bacısı Şəngül İraq Türkməneli Partiyasın qadın qollarının fəallarından biridir. Gənc olsa da, təcrübəsi, siyasi fəallıgı yüksəkdir. Onun timsalında Kərkükdə yaşayan, fəaliyyət göstərən gənc türkmən qadınlarının fəaliyyəti ilə qürur duyursan. Şəngüllə həmsöhbət olarkən deyir ki, Yılmaz qardaşımızın əməyi üzərimizdə çox böyükdür:

 

“Abimin yaşı çox olmasa da, mənə elə gəlir ki, o, yaşından çox – çox böyükdür. Bəlkə də, iş həyatına çox tez atılmasından irəli gəlir. Hamımızın böyüyü, türkmənlərin öz babası kimi baxdıgı, sevdiyi İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyanın yanında olması abim üçün bir ayrıcalıgdır. Biz ailəsi, dogmaları olaraq bundan qürur duyuruq.  Bəzən nə biz, nə ailəsi, uşaqlar günlərlə üzünü görmürük. Amma bilirik ki, çox mühüm iş başındadır, Riyaz abinin tapşırıglarını yerinə yetirir, türkmən xalqına xidmət edir. Özü haqqında danışmagı heç sevmir. Şükür edirəm ki, Yılmaz kimi millətinə, xalqına, torpagına xidmət edən qardaşım var”.

 

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkayhanın  özü kimi fədakar həyat yoldaşı Yüksəl abla deyir ki, onu öz ogulları kimi sevirlər:

 

“Partiya yaranandan Yılmaz onun sıralarındadır. Hər kəsə onun kimi vətənpərvər, türkçü, qorxmaz, cəsarətli, sədaqətli ogul, dost, qardaş, insan arzu edirəm. O, heç vaxt bizim ona olan inamımızı boşa çıxartmadı. Kərkükün, türkmənlərin, torpagının yolunda vəfası ilə hər şeyə sinə gərib. Əgər söz konusu Kərkük, türkdürsə, Yılmaz gecəyə, gündüzə, üzərimizə atılan bombalara belə baxmaz. Nə yaxşı ki, belə gözəl yetişdirilən fədakar oglumuz var”.

 

Belə, Yılmaz qardaşımız haqqında çox şey yaza bilərdim. Özü barədə bir kəlmə belə söz ala bilməsək də, yazdıgımız hər xəbərdə, hazırladıgımız reportjlarda Yılmazın böyük payı, imzası var. Kərkükdə hər kəs onu oglu, qardaşı, dogması kimi sevir. Elə biz də, yolun açıq olsun, işlərin rast gəlsin Kərkükümüzün, Türkmənelimizin vəfalı, fədakar oglu Yılmaz qardaşımız.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür