MOİK-in idmançıları Çinə yollanır

00:06 17-10-2019 | icon 473 | İdman
MOİK-in idmançıları Çinə yollanır

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Çin Xalq Respublikasında keçiriləcək Hərbçilərin VII Dünya Oyunlarında iştirak edəcək. 

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, oktyabrın 18-dən 28-dək Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. 

 

Yarışlara sərbəst və yunan-Roma güləşçilərimizi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu mayor Taleh İsrafilov, bokusçularımızı Rauf Aydınov, cüdoçularımızı isə Rauf Vəliyev hazırlayıb. 

 

MOİK komandasının heyətində ümumilikdə dörd qadın idmançı mübarizə aparacaq. 

Qeyd edək ki, çempionata qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov,  Elman İsmayılov da Uxan şəhərinə  yola düşəcək. 

 

Çin Xalq Respublikasının Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 idman kompleksində keçiriləcək oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük dünya oyunları olacaq. Stolüstü tennis hərbçilərin Dünya Oyunlarının proqramına ilk dəfə olaraq daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi