Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışıb

06:49 17-10-2019 | icon 74 | Siyasət
Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışıb

“Son günlər siyasətə qayıdıb-qayıtmadığımı soruşurlar. Mən bununla bağlı heç bir söz demək istəmirəm”.

 


Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında son vaxtlar siyasətə qayıdacağı ilə bağlı söz-söhbətlərlə gündəmə gələn Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədov söyləyib. O, bildirib ki, daha ciddi məsələlər var:


“Kim nə danışır danışsın, mən bununla bağlı heç nə demirəm. Dünyada önəmli hadisələr baş verir, Azərbaycanın o qədər problemləri var. Bunlara vaxt ayırmaq daha faydalıdır”.

 


E.Məmmədov onu da əlavə edib ki, siyasətlə bağlı müxtəlif mövzularda jurnalistlər ona müraciət edə bilərlər.  Və o, siyasətlə bağlı məsələləri şərh etməyə hazırdı.

 


Qeyd edək ki, AMİP-in qurucusu və ilk sədri olan E. Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. Hazırda onun siyasətə qayıtması ilə bağlı iddialar tez-tez gündəmə gəlir. 



Oktyabrın 13-də “Ambassador” hoteldə AMİP Mərkəzi Şurasının iclası keçirilib. AMİP Mərkəzi Şura sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda AMİP-in növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib.

 


Eyni zamanda AMİP-in 27 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilib.

 


Mərkəzi Şuranın iclasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov iştirak etməyib. Səbəbinə gəlincə, Etibar Məmmədovun Mərkəzi Şuranın üzvü olmamağı kimi göstərilir.

 


AMİP-ə rəhbərliyi hazırda sədr əvəzi Arzuxan Əlizadə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

Arif Hacılı jurnalistlərdən qorxdu?

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Parlament binası qarşısında aksiya başlayıb