Deputat məmurların düşmənçiliyindən DANIŞDI

16:42 17-10-2019 | icon 562 | Siyasət
Deputat məmurların düşmənçiliyindən DANIŞDI

Fəzail Ağamalı: “Ciddi kadr islahatlarının şahidi olacağıq”

 

“Ölkə prezidentinin çıxışını  diqqətlə izlədim. Cənab prezident 9 ay ərzində ölkə iqtisadiyyatında  və sosial sahədə əldə edilən uğurların üzərində lakonik şəkildə dayandı. Bütün bu inkişafın daha geniş xarakter alması və gözlədiyimizdən daha yüksək sürətlə inkişafının vacibliyini önə çəkdi”.



Versus.Az xəbər verir ki, bunu açıqlamasında  Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sırağagünkü iqtisadi müşavirədə etdiyi çıxışı şərh edərkən bildirib.


Deputat qeyd edib ki, ölkə başçısı son təyinatlar barədə  fikirlərini bu cür izah edib:


“Eyni zamanda, cənab prezident bu islahatların həyata keçirilməsi zamanı  son təyinatlar  barədə də danışdı. Həm Vergilər Nazirliyində,  həm  Gömrük Komitəsində,  həm də Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyində etmiş olduğu kadr dəyişikliyi, onların müasirliyi,  XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə qurmasını vurğulamaqla bərabər,  onlara qarşı “qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, iqtidar daxilində ayrı-ayrı məmurlar tərəfindən  şantaj edildiyini deməsi hər kəsin reaksiyasına  səbəb oldu.  Bu, bir daha onu göstərdi ki,  ölkə prezidenti iqtidar daxilində gedən bütün proseslərin  fövqündədir və hər şeydən xəbəri var”.



Fəzail Ağamalının sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu:

“Həmçinin, onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış olan söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram  ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”./Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI