"Vəzifədə olanların bir hissəsi açıq və gizli formalarda bu islahatlara mane olacaqlar ki..."

17:39 17-10-2019 | icon 683 | Siyasət
"Vəzifədə olanların bir hissəsi açıq və gizli formalarda bu islahatlara mane olacaqlar ki..."

Əli Məsimov: "İqtisadiyyat onun qanunauyğunluqları ilə “üsgük oyunu” oynanılmasını sevmir və gec-tez mütləq cəzalandırır"

 

"Prezident İlham Əliyev oktyabrın 15-də iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı kifayət qədər sensasion bəyanatlar və bir sıra mühüm mesajlar verib. Onlarn arasında islahatların davam edəcəyi və həyata keçirilən islahatların kadr islahatları ilə müşayət olunacağı və islahatlara mane olanlarla yolların ayrılacağı barədə mesajı daha çox diqqət çəkir. Həmin mesajlar müasir dövrün risk və çağırışları baxımından tamamailə məntiqlidir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Əli Məsimov bildirib. Millət vəkili qeyd edib ki, istər qlobal, istərsə də ayrıca ölkə baxımından iqtisadiyyat onun qanunauyğunluqları ilə “üsgük oyunu” oynanılmasını sevmir və gec-tez mütləq cəzalandırır.
 
Hazırda dünyada gedən proseslərin dünya iqtisadiyyatını artıq belə bir təhlükəyə sürükləməkdə olduğunu deyən Ə.Məsimov hesab edir ki, qlobal iqtisadiyyat sahəsində baş verən ziddiyyətli meyllər və qarşıdırmalar mütləq qarşıdakı illərdə dünya iqtisadiyyatında ciddi problemlərə və dəyişikliklərə gətirib çıxaracaq:
 
 
"Bununla əlaqədar olaraq Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq mühüm çağırışa çevrilib. Həmin risk və çağırışlar iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılmasını, dövlətin iqtisadiyyatdakı rolunun, eləcə də idarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılmasını, korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan çoxsaylı neqativlərin aradan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi və sürətləndirilməsini, biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılmasını, struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması tələb edir.
 
Sözügedən həmin taleyüklü və mürəkkəb məsələni isə köhnə təfəkkürlü və yalnız öz maraqlarını güdən kadrlarla həll etmək mümkünsüzdür... Ona görə də islahataların sürətlənməsi və nəticəliliyinin artması üçün  Prezidentin mesajlarnda deyilənlər çox zəruri və düzgün yanaşmadır. Müşavirədə deyildiyi kimi, “biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?” Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Düzdür, idarəetmə sisteminin səmərəliliyini artırmadan ötrü çox şey tələb olunur, amma həm də yeni abı-hava, yeni nəfəs də gətirilməlidir".
 
        
Ə.Məsimov qeyd etdi ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir və Prezident seçkilərindən sonra yeni mərhələnin tələblərinə uyğun da islahatlar həyata keçirilir. Millət vəkili hesab edir ki, islahatlar şəffaflığın, məsuliyyətin, fəaliyyətə görə cavabdehliyin artırılmasına, xalqa xidmət işinin yaxşılaşdırılmasına yönəlib:
 
"Bu cür anlayışlar kimə yaddırsa, təbii ki, islahatların genişlənməsini və dərinləşməsini istəmir. Ona görə də vəzifədə olanların bir hissəsi açıq və gizli formalarda bu islahatlara mane olacaqlar ki, vəzifəyə gətirilən yeni kadrların gördükləri işlərin səmərəsiz olduğu təəssüratı yaransın. Bununla bağlı Prezident müşavirədə açıq mətnlə bildirdi ki: “bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər.... Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir.”
 
Təbii ki, bu deyilənlər bütün köhnə kadrlara şamil edilmir. Ona görə də biz bu məsələyə dair statik surətdə götürülməklə köhnə və yeni kadrlar kontekstindən yox, fikirdə, sözdə və işdə xalqına xidmət edən dəyərli kadrlar kontekstindən yanaşmaqla mülahizələrimizi bildiririk. Məhz bəd əmlləri ictimayiyytə yaxşı bəlli olan məlum kadrlar islahatlara meylli deyillər və islahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu əyri yollarla sərvətə konvertasiya etməkdə davam edə bilsinlər. Ona görə də Prezident  müşavirədə bildirdi ki: “Hakimiyyətin içərisində islahatlara qarşı çıxış edənlər var... Kim ki, altdan-altdan işimizə mane olmaq istəyir, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik".
 
Hazırkı şəraitdə islahatları genişləndirmək, dərinləşdirmək və nəticələrini yaxşılaşdırmaqdan ötrü bu çox zəruri şərtdir və sistemli şəkildə həyat keçirilməlidir. Bu həm də korrupsiyadan, monopoliyadan, məmur özbaşınalıqlarında təngə gəlmiş və aparılan islahatlardan öz həyat səviyyəsinin yaxşılaşacağı ümüidi ilə yaşamağa başlayan insanların istəyidir".
 
         
Ə.Məsimov bildirdi ki, hazırda həm istehsalın inkişafına yönəlik islahatlar aparılır, maliyyə sektorunda addımlar atılır, həm də 4,2 milyon insanı əhatə edən sosial paket həyata keçirilir. Bu işlri əhatəli və səmərəli şəkildə reallaşdırmaq üçün tələb olunan şərtlərdən biri idarəetmənin təşkilati quruluşunu təkmilləşdirmək, həm onun çeviklik və effektliliyini təmin etmək, həm də kadr islahatları ilə müşahidə olunan şəkildə addımlar atmaqdır:
 
 
"Bu mənada bir sıra qurumlar üzrə kadr islahatları aparılıb, gənc kadrlar irəli çəkilb. Son illərdə həyat keçirilən işlərin məntiqi tələb edir ki, kadr islahatları prosesi daha da sürətlənməlidir. Yeni mərhələdə islahatların səmərəliliyini artırmaq, görülən işlərdən monopoliyaların yox, xalqın daha çox fayda götürməsi üçün müasir dövrün tələblərindən baş çıxaran, dünyada gedən proseslərin, risk və təhlükələrin təhlili əsasında aparılan siyasətdə korrektələr etməyi bacaran, üstəlik, əli təmiz və fikirdə, sözdə və əməldə öz xalqına bağlı olan dövlətçilik təfəkkürlü, şəriştəli insanların vəzifəyə gətirilməsi çox vacibdir.
 
Hazırkı rellıqlar şəraitində hətta aksioma kimi görünən məsələlərə belə yenidən baxmaq, islahatların gedişinə və sürətinə mane olan sterotipləri sındarmaq, ziyanlı vərdişləri aradan qaldırmaqdan ötrü də digər məlum şərtlərlə yanaşı həm də iradə ortaya qoyub, islahatları dərinləşdirmək, korrupsiyadan uzaq, təmiz, müasir təfəkkürə malik yüksək dünyagörüşlü insanların görəvə gətirilməsi də çox vacibdir. Bu iqtisadi nəticələrin  Azərbaycanın potensilına uyğun səviyyəyə çatdırılması, mövcud imkanlardan istifadənin səmərəlilyinin artırılması və əhalinin güzəranının nəzərəçarpan dərəcədə davamlı şəkildə yaxşılaşdırılması üçün alternativsiz yoldur. Əks halda ən azından yaxın illərdə iqtisadiyyatımız aşağı artım templəri ilə inkişaf trayektoriyasında sürətli artım templəri ilə inkişaf trayektoriyasına keçə bilməyəcək və bir sıra məqamlarına görə isə hətta  iqtisadiyyatın səmərəliliyi aşağı da düşə bilər".
 
 
Millət vəkili qeyd edib ki, hazırda islahatların yeni mərhələsi insanlarda ümid yaradıb. Onun sözlərinə görə, bu ümidi doğrultmaq üçün fikirdə, sözdə və əməldə Azərbaycan dövlətçiliyinə xidmət edən, korrupsiyadan uzaq, xalqın və dövlətin maraqlarını fəaliyyətindən üstün tutan bacarıqlı kadrlardan daha çox istifadə edilməlidir. Ə.Məsimov vurğuladı ki, eyni zamanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, aşkarlıq, şəfffalıq, hesabatlılığın gücləndirilməsi və sair  beynəlxalq praktikada özünü doğruldan üsullardan geniş istifadə etmək lazımdır ki, öz vəzifə mövqeyindən sui istifadə etmək istəyənlərin heç biri buna nail ola bilməsin:
 
 
"Bununla yanaşı həm də islahatlar yolu ilə elə bir mühüit yaratmaq, elə bir mexanizm işləyib hazırlamaq və tətbiq etmək lazımdır ki, kadrlar üçün korpupsiya və rüşvətə görə bunun müqabilində qalacağı itgilər daha çox olsun. Hesab edirik ki, Prezidentin müşavirədəki çıxışından sonra kadr islahatları sürətlənəcək, müasir tələblərə cavab verən kadrlardan istifadənin dairəsi genişlənəcək və həm də sadaladığımız həmin istiqamətlərdə ciddi addımlr atılacaq. Bununla yanaşı həm də islahatlar yolu ilə elə bir mühüit yaratmaq, elə bir mexanizm işləyib hazırlamaq və tətbiq etmək lazımdır ki, kadrlar üçün korrupsiya və rüşvətə görə bunun  müqabilində qalacağı itgilər daha çox olsun. Başqa yol yoxdur, daha doğrusu, başqa yol - impravizasiya və  geriləmə yoludur. İslahatlar yolu isə nə qədər ağıryüklü olsa da, yeganə sosial iqtisadi tərəqqi yoludur. Ona görə müşavirədə Prezidentin sərgilədiyi mövqeyi dəstəyirik ki, “ortada iradə var və  islahatları davam etdirmək lazımdır. Çünki hazırkı reallıqlar şəraitində islahatların alternativi yoxdur”. Bəli, əsas vəzifə - islahatları davam etdirmək, iqtisadi artımı sürətləndirmək və bu əsas da əhalinin güzaranının yaxşılaşdırılması işinin davamlı xarakter verməkdir. Bundan ötrü korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işlərin səmərəlilyini artırmaq lazımdır. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılmasından, rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir. Bəli, müşavirədə səsləndirildiyi kimi ”maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır”. Məlumdur ki, bu qəbildən olan islahatlatlar sistemli və davamlı xarakter alıb əhali tərəfindən dəstəklənəndə onun nəticələri həm iqtisadiyyat, həm də əhali üçün daha müsbət olur. İqtisadiyyatın liberallaşdırılmasının sürətləndirilməsi hesabına azad sahibkarlığa və təşəbbüskarlığa hər cür şərait yaradılmalıdır ki, getdikcə daha çox insan özünü və ailəsini öz gücünə, öz imkan və qabiliyyətinə uyğun səviyyədə dolandıra bilsin, əhalinin, kiçik və orta sahibkarların gəlirləri korrupsiyanın və monopoliyanın “yeminə” çevrilməsin, iqtisadiyyatımızın inkişafının sürətlənməsinə, xalqın güzəranının yaxşılaşmasına yönəlsin".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin