Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

03:17 18-10-2019 | icon 173 | Sağlamlıq
Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

Nərminə Abbasova: "Hətta bəzən dərmanlar ümumiyyətlə kömək etmir"

 

Elə xəstəliklər var ki, onlar əksəriyyətimizi narahat edir. Öd xəstəlikləri də bu qəbildəndir.

 

Versus.Az mövzu ilə bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə həmsöhbət olub.

 

Ödün tərkibində xolesterin və bir çox duzların mövcud olduğunu deyən həkim-terapevt bildirdi ki, bu maddələr arasındakı tarazlığın pozulması öd daşı xəstəliyinin yaranmasına səbəb olur. Onun sözlərinə görə, öd kisəsində daşların ölçüsü bir qum dənəsindən tutmuş bir qolf topu böyüklüyündə ola bilər:

 

“Bəzi insanlarda sadəcə bir daş görüldüyü halda, bəzilərində bir neçəsi eyni zamanda görülə bilir. Bunlar sərt kristallik bir kütlə halındadırlar.

Normalda öd daşı heç bir əlamət və ya simptom göstərməyə bilər. Lakin daş kisəni zədələyərsə və ya öd yollarının tıxanmasına səbəb olarsa, ortaya müəyyən, məsələn, qarının üst hissəsində qəfil və artan ağrılar, çiyinlər arasında ağrı, sağ kürək nahiyəsində ağrı, ürək bulanma və ya qusma və sair əlamətlər üzə çıxar.

Daha şiddətli hallarda əlavə olaraq müəyyən simptomlar da götürülə bilər ki, hər bir halda mütləq həkimə müraciət olunmalıdır. Simptomp dedikdə bunları nəzərdə tuturam: qarındakı ağrı o həddə çata bilər ki, pasiyent otura bilməz və ya rahatladıcı bir pozisiya belə ala bilməz. Eyni zamanda, dəri və gözün ağlı qişasında saralmalar görülə bilər. Titrəmə ilə birgə yüksək temperatur da qaşılmazdır”.

 

Nərminə Abbasova qeyd etdi ki, öd kisəsində daşların yaranması ilə əlaqədar tam dəqiq bir fikir olmasa da əsas səbəblər kimi öddə çox miqdarda xolesterinin olmasını göstərmək olar:

 

“Normalda öd qaraciyər tərəfindən atılan xolesterini əritmək üçün kifayət qədər kimyəvi maddələrə sahibdir. Lakin qaraciyər ödün bacara biləcəyi sərhədlərdən daha çox xolesterin atarsa, çox miqdarda xolesterin toplanaraq əvvəl kristallara, sonra isə daşa səbəb olar.

Digər səbəb öddə bilirubinin çox olmasıdır. Bilirubin orqanizmimizdə qırmızı qan hüceyrələrinin parçalandığı zaman əmələ gələn bir maddədir. Bəzi xəstəliklərdə - məsələn, qaraciyər serrozu, öd kisəsi iltihabları və bəzi qan xəstəliklərində bilirubin səviyyəsi artar və bu da öd daşı yaranmasına səbəb olar.

Öd kisəsinin lazımi qədər boşaldılmaması da öd kisəsində daşların yaranmasına səbəbdir. Öd kisəsi tez-tez və lazımi miqdarda boşaldılmazsa, öd qatılaşmasına səbəb olar”.

 

Həkim-terapevt vurğuladı ki, öd daşı riskini artıra biləcək qadın olmaq, 40 yaşdan böyük olmaq, ağır çəkili olmaq, hamiləlik, yağlı qidalardan çox istifadə, yüksək xolesterinli və aşağı lifli qidaları çox yemək, ailədə öd daşı xəstəliyinin olması –yəni irsiyyət, şəkərli diabet, sürətli arıqlamaq, qaraciyər xəstəlikləri, hormonal preparatlardan istifadə və s. faktorlar var.

 

Həkim deyir ki, daşın olduğu hər yerdə mütləq infeksiya mövcud olur. Onun sözlərinə görə, bəzən səssizcə irəliləyən bu öd kisəsi xəstəliyi kisənin deşilməsi ilə çox böyük təhlükəli qarın iltihabına, kiçik daşlar isə öd yollarına düşərək orada tıxanıqlıq yaradaraq sarılığa və pankreatitə belə səbəb ola bilirlər. Və belə xəstəliklər müalicə edilməzsə, xəstələr ölümcül belə olurlar:

 

“Hətta öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri də məhz öd daşı xəstəliyidir. Həyat üçün təhlükəli olan belə bir haldan qurtulmaq üçün mütləq öd kisəsi götürülməlidir.

Müalicə cərrahi üsulla aparılır. Öd kisəsi içərisindəki daş və ya daşlarla birlikdə orqanizmdən xaric edilir.

Ağızdan qəbul edilən dərmanlarla öd daşını əritmək mümkün olsa da, bu proses aylar və illərlə belə çəkə bilir və müalicə kəsildikdə daşlar yenidən yaranır. Hətta bəzən dərmanlar ümumiyyətlə kömək etmir. Bu tip dərmanlar əməliyyatın riskli olduğu insanlarda istifadə olunur”.

 

 

DİQQƏT!

Əgər öd xəstəlikləri ilə bağlı şikayətiniz varsa, onun müalicə yolları ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Onu ömürlük həbs cəzası gözləyə bilər

Zərdaba yeni icra başçısı təyin edildi