Arif Hacılı sürücü və katibəsinin Məclis üzvü seçilməsindən DANIŞDI
Bir neçə gündür sosial şəbəkələrdə Müsavat Partiyasının Məclis üzvlüyünə Arif Hacılının sürücüsünün, katibəsinin üzv seçilməsi ətrafında söhbətlər gəzir.
Bildirilir ki, Müsavat partiyasında, Məclis üzvlüyünə, ali nəzarət orqanı olan MNTK-ya Arif Hacılının sürücüsü Kərimxan Zeynalov, Arif Hacılının qardaşı oğlu Ayxan Hacıbəyli, Arif Hacılının katibəsi Ziyarət Səfərova və Arif Hacılının qardaşı Mustafa Hacıbəyli seçiliblər.
Versus.Az xəbər verir ki, Müsavat Partiyasına yenidən başqan seçilən Arif Hacılı haqqında səslənən ittihamlara cavab verib:
"Mənim sürücüm yoxdur. Avtomobilimi özüm idarə edirəm. Kərimxan Zeynalov Xalq Təsərrüfatı Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Uzun müddət Respublika Aqrar Sənaye Nazirliyində yüksək vəzifələrdə çalışıb. Doğulduğu Zəngilan rayonunun, o regionun ən nüfuzlu adamlarından biridir. 20 ildir Müsavat Partiyasının üzvüdür. Biz onunla qonşuyuq. Qərargaha birlikdə gəlib-gedirik. Bəzən o, bəzən mən sükan arxsında otururuq.
Ziyarət Səfərova katiibə deyil. Müsavat Partiyası başqanının köməkçididir. 27 ildir Müsavat Partiyasının üzvüdür. Əvvəllər də Məclis üzvü idi.
Mustafa Hacıbəyli 27 ildir Müsavat Partiyasının üzvüdür. Partiyanın Zaqatala təşkilatının qurucularından biridir. 20 ildən çoxdur ki, Müsavat Məcludinin üzvüdür. Bütün bu dövr ərzində fasiləsiz olaraq Müsavat Partiyasının mənafeləri naminə vuruşan, bu yolda hər çür mərhumiyyətlərə dözən, dəfələrlə həbs olunan az saylı müsavatçılardan biridir. Mən onun siyasi karyerası yolunda maneəyəm”.
Arif Hacılı vaxtilə İsa Qəmbərin Mustafa Hacıbəyli haqqında dediklərinə də münasibət bildirib:
“İsa Qəmbər hələ 2006-cı ildə demişdi ki, Mustafa Arif Hacılının qardaşı olmasa, çoxdan onu Müsavat Başqanının müavini təyin edərdim.
Ayxan Hacıbəyli 18 yaşından Müsavat üzvüdür. Yüksək təhsilli, Azərbaycan vətənsevəri olan bir gənsdir. Gənclər təşkilatının üzvüdür. Gənc yaşına baxmayaraq, dəfələrlə həbs olunub. Xaricdə təhsil alıb, amma xaricdə qalmadı. Orada da Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparanların yanında idi. Təhsilini bitirib mübarizəsini davam etmək üçün Azərbaycana qayıtdı. Partiyanın təbliğat və informasiya işinində fəal iştirak edir. Son quultaydakı mandat və digər sənədlərin dizaynı ona məxsusdur.
Qardaşımın digər oğlu, Tural Hacıbəyli də 18 yaşından Müsavat üzvüdür. Müsavat və Azərbaycana xidmət edən gənclərdəndir. Dəfələrlə meydanlarda həbs olunub. Avropa İnsan Haqları Məhkəməsində hakimiyyətə qalib gəlib. Namizədliyini irəli sürsə şübhəsiz seçilərdi. Onlar təvazökar adamlardı. Siz onları tanımasanız da Müsavat üzvləri onları yaxşı tanıyır.
Hələ bir qardaşın da var. Vaqif Hacibəyli Azərbaycanda yeni dövr müstəqil mətbuatının yaradıcılarından biridir.
Dəfələrlə həbs olunub. O da Avropa Məhkəməsində hakimiyyəti məğlub edənlərdən, daim Müsavatın müttəfiqi olub, 27 ildir ki, bizə fasiləsiz dəstək verənlərdəndir.
Hələ qızım və oğlum da 18 yaşlarından Müsavat üzvləridir. Heç yerə namizədliklərini irəli sürməyib, heç bir iddia qoymadan Müsavat və Azərbaycan üçün çalışanların sırasında övladlarım da var.
Bir dəfə mən, qardaşlarım Vaqif və Mustafa, eyni vaxtda üçümüz də həbsdə olanda jurnalistlər Zaqatalaya gedib anamdan buna münasibət soruşmuşdular.
"Mən övladlarımın xalq naminə özlərini fəda etməyə hazır olduqlarına görə fəxr edirəm"- demişdi.
Kimlərsə yaxınlarının, doğmalarının hakimiyyətin təzyiqi ilə onlardan imtina etməsi ilə fəxr edə bilər.
Mən isə yaxınlarımın, doğmalarımın bütün mərhumiyyətlərə, təzyiqlərə, həbslərə baxmayaraq mənimlə birlikdə Azərbaycan davası aparmalarına görə fəxr edirəm”, - deyə Arif Hacılı əlavə edib. /Modern.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"