Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRIB

07:33 18-10-2019 | icon 431 | Siyasət
Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRIB

“Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən bildirib.

 

S.Novruzov qeyd edib ki, qarayaxmaların hamısı Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır:


“Təbii ki hər hansısa sahələrdə neqativlərin olması və bunun tənqidi normaldır. Ancaq biz görürük ki, harada iş getmirsə, o sahəyə toxunulmur.  Harada iş yaxşı gedirsə,  orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük, öyrədilmiş adamlar ortaya çıxdı”.

 

Komitə sədri xatırladıb ki, Prezident müşavirədə nöqsanlarla bağlı məmurlara xəbərdarlıq edib:


“Onlardan hazırda vəzifə başında oturanlar var ki, dövlətin apardığı işə əngəl törədirlər. Onlar üçün ən yaxşı yol istefa verməkdir. İstefa verib, kənara çəkilməlidir ki, ölkə inkişaf etsin. Kadr islahatlarına gəldikdə, kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Əgər kim hardasa bir nöqsan görürsə, istənilən vasitə ilə tez bir zamanda səsini eşitdirə bilər. Hansısa sahələrdə nöqsanlar, büdcə şişirtmələri varsa, o da araşdırılmalıdır. Prezidentin qaldırdığı hər bir məsələ ən incə ayrıntısına qədər diqqət edilməli və o sahəlrədəki nöqsanlar aradan qaldırılmalıdır”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı