Qənirə Paşayeva İspaniyada Zəhranın ölümündən danışıb

13:06 05-07-2017 | icon 613 | Qarabağ
Qənirə Paşayeva İspaniyada Zəhranın ölümündən danışıb

Millət vəkili Qənirə Paşayeva İspaniyada Beynəlxalq Forumda çox sayda ölkə heyətlərinə işğalçı Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan danışıb.

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi Parlament sədrinin 1-ci müavini Estber Mcheka Chilenjeye, Beninin Gənclər və İdman naziri Osvald Homeky, Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb və görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışıb.

Millət vəkili Qənirə Paşayeva bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini yüksəltməlidir deyib və beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb.

Qənirə Paşayeva onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...