AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

11:49 18-10-2019 | icon 902 | Cəmiyyət
AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına bəzi xarici dillər üzrə qəbul şərtləri dəyişdirilib.

 

Akademiyadan Versus.Az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına əsasən, akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları ingilis dilindən akademik İELTS proqramı üzrə keçirilir.

 

Bu imtahan AMEA-nın gənc alimlərinin ingilis dilində oxu, danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsinə, onların xarici ədəbiyyatdan sərbəst istifadəsinə, beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına zəmin yaradıb.

 

Bununla yanaşı, iddiaçılar xarici dildən doktoranturaya qəbul və doktorluq imtahanlarında alman və ya fransız dilini seçmək hüququna malikdirlər.

 

Bu dillərdən iddiaçıların biliklərinin müvafiq tələblərə uyğun qiymətləndirilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Alman və fransız dillərindən doktorluq və qəbul imtahanlarının keyfiyyətinin yüksəldilməsi haqqında” sərəncam imzalayıb.

 

Sənədə əsasən, AMEA-nın doktoranturasına növbəti qəbul və cari ilin qış imtahan sessiyasından başlayaraq doktorluq imtahanlarında iddiaçılar müstəqil olaraq alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verərək imtahanın nəticəsini təsdiq edən müvafiq sertifikatı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etməlidirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı