"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

12:33 18-10-2019 | icon 362 | Gündəm
"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"XX əsr Azərbaycana iki dəfə müstəqillik qazanmaq şansı verib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci dəfə 70 il sonra Sovetlər Birliyinin dağılmasından sonra qazanılan müstəqillik isə xalqımızın iradəsi ilə əbədi olacaqdır".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirirb.

 

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunduğunu və bu mühüm tarixi sənədin xalqımızı layiq və arzusunda olduğu azadlığına qovuşdurduğunu deyən partiya sədri bu münasibətlə Azərbaycan xalqını təbrik edib:

 

"Müstəqillik elə nemətdir ki, onu xalqın nə sosial, nə də siyasi problemlərinə bağlayaraq şübhə altına almaq olmaz. Azərbaycan xalqı azadlığına, müstəqilliyinə qovuşmaq üçün çox qurbanlar verib və bu gün də verməkdədir. Çünki Dağlıq Qarabağ problemi Azərbaycanlıların azadlıq eşqini boğmaq üçün mənfur qonşularımız olan ermənilərin əli ilə o zamankı Moskva rəhbərliyi tərəfindən yaradılıb".

 

Razi Nurullayev tezliklə xalqımızın bu münaqişədən də üzüağ çıxaraq, ərazi bütövlüyümüzü təmin edəcəyinə və sərhədlərimizin toxunulmazlığını zəmanət altına alacağımıza əminlik ifadə edib:

 

"Bu tarixi gün - 18 oktyabrda istiqlalçı deputatları da unutmaq olmaz. Məhz, imperiyanın vurub-yıxan vaxtında, siyasi gələcəyin dumanlı olduğu vaxtda dörd gün dayanmadan müzakirə apararaq sonunda "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"na səs verirlər. Bu cəsur 43 nəfərin adını çəkməyi özümə borc bilirəm. Onlardan rəhmətə gedənlərə Allahdan rəhmət diləyirəm.

İsa Qəmbər, Firudin Cəlilov, Heydər Əliyev, Mirmahmud Fəttayev, Sülhəddin Əkbər, İsgəndər Həmidov, Arif Hacılı, Dilarə Əliyeva, Sabir Rüstəmxanlı, İbrahim İbrahimli, Vahid Əhmədov, İxtiyar Şirinov, Hacıbaba Əzimov, Fərəc Quliyev, Mətləb Mütəllimov, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, Nəriman Həsənzadə, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Ədalət Rəhimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Bayram Bayramov, Hicran Kərimli, Allahverdi Həsənov, Şahmərdan Cəfərov".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO