“Azərbaycanın 7 möcüzəsi” 

13:00 19-10-2019 | icon 951 | Cəmiyyət
“Azərbaycanın 7 möcüzəsi” 

Layihənin birinci mərhələsi başa çatdı

 

İDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə təşkilatçılığı ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ilkin mərhələsi başa çatıb. Layihə çərçivəsində keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olunub.

 

Birlikdən Versus.Az-a ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan layihənin ikinci mərhələsinə noyabr ayında başlanacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verlişlərin hər biri, əhali tərəfindən seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.

 

Qeyd edək ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə cari ilin may ayında start verilmişdir. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermiş və Yeddi.az saytı vasitəsilə səsvermə keçirmişdir.

 

“Azərbaycanın 7 möcüzəsi” layihəsinin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltməkdir.

 

Layihə çərçivəsində növbəti ilin may ayının əvvəlində baş tutacaq son səsvermənin nəticəsində 25 namizəddən 7 qalib seçiləcək və 28 may Respublika Günündə “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.

 

Səsvermə nəticəsində seçilən 25 finalçı obyektlə www.yeddi.az saytından tanış ola bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”