Milli komandamız Çilidə XI dünya çempionatında iştirak edəcək

15:18 19-10-2019 | icon 658 | İdman
Milli komandamız Çilidə XI dünya çempionatında iştirak edəcək

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 23-27 oktyabr tarixlərində Çilinin paytaxtı Santyaqo şəhərində XI dünya çempionatında iştirak edəcək.

 

Versus.Az xəbər verir ki, milli komandanın heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik edəcək. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev və qadınların baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov mötəbər yarışda 14 idmançının mübarizə aparmasına üstünlük verib.

 

14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev (-52 kq) və Rumil Cəfərli (-57 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Hüseyn Məmmədli (-61 kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Polina Qurenko (-53 kq), Ayla Rzazadə (-59 kq) və Fidan Dadaşova (-48 kq), 21 yaşadək gənclərin yarışında isə Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova çıxış edəcək. Roman Heydərov bu yaş dərəcəsinin kata yarışlarına qatılacaq.

 

Dünya çempionatını idarə etmək üçün beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, eləcə də Media və İcitamiyyətlə İşlər katibi Sənan Məhərrəmov heyətlə birgə Çiliyə ezam olunub. Yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı