İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib
“Müstəqilliyiniz əbədi olsun, əziz qardaşlarımız!”
İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya Azərbaycan xalqını 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
İraq Türkməneli Partiyasının qərargahından Versus.Az-a verilən məlumatda bildirilir ki, başqan Riyaz Sarıkahya təbrik məktubunda xüsusi olaraq vurgulayıb ki, qardaş Azərbaycanın hər bir uguru biz türkmənlərin də ugrudur:
“XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, çox böyük tarixi hadisə idi”.
Təbrik məktubunda bildirilir ki, 71 illik sovet rejimi qardaş Azərbaycanın müstəqillik arzularını tükəndirə bilməmişdi:
“İyirminci əsrin səksəninci illərindən başlanan tarixi – siyasi proseslərdə Azərbaycan xalqının istiqlala baglılıgı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri özünü bütün gerçəkliyi ilə göstərdi. Müstəqillik aktının qəbul edilməsinin ilk illəri Azərbaycan üçün heç də asan olmadı. Amma qısa zaman kəsiyində gənc, müstəqil Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri sırasında yer aldı, öz sözünü dedi”.
İraq Türkməneli Partiyasının lideri Riyaz Sarıkahya təbrik məktubunda Qarabag münaqişəsinə də toxunub və əmin oldugunu bildirib ki, Azərbaycan öz torpaqlarını tez bir zamanda işgaldan azad edəcək və bu tarixi günü azərbaycanlılar kimi türkmənlər də bayram olaraq qeyd edəcəklər:
“Biz əminik ki, yaxın vaxtlarda Azərbaycan ermənilərin işgalı altında olan tarixi torpaglarını, Qarabagı azad edəcək. Bu günü sizlər qədər biz də gözləyirik və həmin tarixi gün türkmənlərin də bayramına çevriləcək. Bir daha Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycana sülh arzu edirəm, müstəqilliyiniz əbədi olsun, əziz qardaşlarım. AMİN”.
Ağanisə Sultan
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"