Ümid hakimiyyətə çağırış etdi

20:13 19-10-2019 | icon 798 | Siyasət
Ümid hakimiyyətə çağırış etdi

"Mitinqdə həbs olunanlar azad edilsin!"

 

Ümid Partiyası mitinqdə həbs olunanların dərhal azadlığa buraxılmalarını tələb edir.

 

Versus.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının Mətbuat Xidmətinin məlumatında bildirilir:

 

"Azərbaycan Respublikasının Konstitusiyası və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini pozan Bakı Şəhəri İcra Hakimiyyəti 19 oktyabr tarixində AXCP və Milli Şuraya onların qanunamüvafiq tələblərinə zidd olaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq keçirmək üçün yer ayırmışdı.

 

Belə ki qanunun tələblərinə uyğun olaraq, Bakının hər bir rayonunda qapalı və açıq görüşlər üçün yerlər ayrılmalı, siyasi partiyalar və vətəndaşlar həmin yerdən məhdudiyyətsiz istifadə etməlidirlər.

 

Hüquqları pozulan AXCP və Milli Şura 19 oktyabr tarixdə 28 May metrostansiyası önündə mitinq təyin etmiş, beləliklə də hüquqlarının bərpası üçün hakimiyyət qarşısında tələblər irəli sürmüşlər.

 

Hakimiyyət və polis orqanları mitinq cəhdinin qarşısını xüsusi zorakılıqla almış, aşırı güc tətbiq edərək çoxsaylı aksiya iştirakçısını saxlamışlar.

O cümlədən, AXCP sədri Əli Kərimli heç bir zəruri hal olmadan xüsusi güc tətbiq edilərək həbs olunub.

 

Azərbaycan Ümid Partiyası olaraq, bu zorakılığı və həbsləri pisləyir, iqtidarı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə əməl etməyə çağırır, həbs olunanların dərhal azadlığa buraxılmalarını tələb edirik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”