MÜŞFİQ ƏLƏSGƏRLİ aksiya təşkilatçılarının 18 oktyabr etiraflarından yazdı

13:33 20-10-2019 | icon 795 | Cəmiyyət
MÜŞFİQ ƏLƏSGƏRLİ aksiya təşkilatçılarının 18 oktyabr etiraflarından yazdı

"Milli Şura"nın 19 oktyabr mitinqi izdihamlı olmadı. İzdihamın alınmayacağını aksiya təşkilatçıları öncədən özləri də etiraf etmişdilər. Bir gün öncə, oktyabrın 18-də "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu  Osmanqızı TV-yə açıqlamasında xalqdan gileylənərək deyirdi ki, "aksiyanın izdihamlı, effektiv alınması üçün ölkə əhalisinin ən azı 1%-nin, yəni, 100 min nəfərin  bizi dəstəkləməsi lazımdır. Amma hazırda bizim dəstəyimiz hətta sosial şəbəkələr üzərində 7-8 min nəfərdən artıq deyil". Tofiq Yaqublunun məntiqi ilə hesablasaq, bəlli olur ki, onun təmsil etdiyi qurumun ictimai dayağı, ən yaxşı halda, ölkə əhalisinin 0,1 faizi civarındadır. Belə durum siyasi aktivlik üçün iddiaları sıfırlayır.

 

Bu açıqlama Tofiq Yaqublunun şəxsi qənaəti deyil, "Milli Şura"nın ümumi rəyi kimi qəbul edilə bilər. Çünki, 18 oktyabr tarixində "Milli Şura"nın başqa bir təmsilçisi, Əli Kərimlinin köməkçisi  Ruslan Əmirov sosial şəbəkələrdə xalqın ünvanına söyüş söyüb, mitinqə gəlməyənləri təhqir etdi, "sosial şəbəkələrdə dil-dil ötənlərin aksiyalardan yayındığını" dedi. Digər bənzər açıqlamaları uzlaşdırsaq, nəticə çıxır ki, 19 oktyabra az qalmış "Milli Şura"nın Koordinasiya Mərkəzinin müzakirəsi olub, hesablama apararaq lazımi ictimai dəstəyi toplaya bilmədikləri qənaətinə gəlib. Görüblər ki, uzun müddət ərzində  sosial şəbəkələrdə reklam aparılmalarına, əhalini israrla küçə və meydanlara dəvət etmələrinə,  mitinqə yüz minlərin qoşulacağı barədə vəd vermələrinə baxmayaraq, effekt əldə olunmayıb. Bu nəticə Tofiq Yaqublunun, Ruslan Əmirovun və digərlərinin dilindən gündəmə çıxıb.

 

Bununla da "Milli Şura"nın siyasəti  izdihamlı mitinq keçirməyə yox, izdihamlı mitinq imitasiyası yaratmağa yönəlmiş taktikalar düşünməyə yönəldi.  İnsafən desək, imitasiya məsələsində effekt əldə edə bildilər.

 

150 nəfəri 15.000 nəfərə necə bənzədirlər... Aksiya yerinin görüntüləri

 

Bakı Nəqliyyat Agentliyinin açıqlamasından bəlli olur ki, "28 May" metrostansiyası  istiqamətində təkcə avtobus xətləri ilə sərnişin dövriyyəsi günlük 200 min nəfər civarındadır. Üzərinə metro sərnişinləri də hesablansa, ərazinin normal şəraitdə nə qədər izdihamlı olmasını təsəvvür edə bilərik.  Təşkilatçıların Lökbatan qəsəbəsində razılıq verilmiş icazəli mitinqdən imtina edərək, "28 May" meydanında icazəsiz aksiya keçirmək qərarları bu amillə bağlıdır: orada avtobus yolu  gözləyən hazır auditoriya var. Məsələ qalır  yalnız  dayanacaqda dayananları aksiya iştirakçısı kimi qələmə vermək üzərində. "Milli Şura" üzvləri bunu "ustalıqla" etdilər. Aksiya zamanı apardığımız  müşahidə "Milli Şura" üzvlərinin bütün "hiylələrini" açdı. Elementar hesablama göstərir ki, aksiya təşkilatçılarının öz təmsilçiləri 150-200  nəfərdən çox deyil. Həmin 150-200 nəfəri 10-15 nəfərlik  qruplara bölərək "28 May" meydanı ətrafındakı dayanacaqlarda yerləşdiriblər. Dayanacaqdakı sərnişinlər arasında görünməz olan hər qrupun meydana çıxmaq üçün öz vaxtı var. Vaxt sıralama ilə, təqribən 5-10 dəqiqəlik intervalla  təyin edilmişdi. Tutaq ki, Milli Bankın qarşısındakı avtobus dayanacağında yerləşən qrup gözlənilmədən qabağa çıxır, şüarlar səsləndirir, asayiş təmsilçiləri də oraya  yönəlir. Diqqət bu məntəqə üzərində cəmlənəndə digər qrup hərəkətə keçir. Bu minvalla 10-15 məntəqədə hərəkətlənmə yarananda, onların da hər birinin ətrafında 100-lərlə sərnişin, yol keçicisi  görünəndə kənar fondan minlərlə insanın aksiyaya qatılması görüntüsü alınır.

 

"Jurnalist" gödəkçəsi geyindirilmiş aksiya iştirakçıları

 

İzdiham görüntüsnün alınması üçün "jurnalistlərin" də əməyi az deyil. Aksiyadan reportaj hazırlamaq üçün gələn jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində "Press" yazılmış gödəkçələrdə oldular. Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradıldı. Ancaq aksiya ilə bağlı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edildi, belə məhdudiyyətlər peşəkar jurnalistlər tərəfindən anlayışla qarşılandı.  Bununla belə, bu tələbə məhəl qoymayanlar və ya "yalançı gödəkçələrdə" gələnlər də az deyildi. 90-cı illərdə aksiya iştirakçılarına "jurnalist vəsiqəsi" paylayanlar, 19 oktyabrda onlara "yalançı gödəkçələr" də geyindirdilər. Həmin "yalançı gödəkçə" geyinənlər dayanacaqlarda dayanıb pusqu quran qruplarla əlaqəli işlədilər. Hiss olunurdu ki, xüsusi hazırlıq keçmiş, 10-15 nəfərlik qrupların dislokasiya yerini əzbər bilən həmin "saxta gödəkçəlilər" bu qrupların hansı vaxt intervalında hərəkətə keçəcəkləri barədə də məlumatlıdırlar. Onlar 5 nəfərin şüar səsləndirməsini 50 nəfərin qabağa çıxması kimi göstərmək məsələsində peşəkar hazırlıqlı idilər.

 

Təəssüf ki, yalançı "jurnalist gödəkçəsi" və "saxta vəsiqə" daşıyıcıları ilə bərabər, siyasi konyukturaya uyğun davranıb aksiya barədə yanlış bilgi verən KİV-lər də az olmadı. Məsələn, aksiya başa çatmamış, rəsmi nəticələr açıqlanmamış Turan İnformasiya Agentliyi məlumat yaydı ki, "Polis aksiyaya qatılan fəalları kütləvi şəkildə saxlamağa başlayıb. 100-ə yaxın insan saxlanılıb, onlar üç avtobusa mindirilib və naməlum istiqamətə aparılıb... Şəhərdə qeyri-rəsmi   Fövqəladə Vəziyyət rejimi tətbiq edilib..." Öncədən hazırlandığı şübhə döğürmayan (aksiya başa çatmamış yayılmışdı) bu informasiya 3 dildə yayıldı və ilkin informasiya olaraq beyinlərə həkk oldu. İnsanlar düşündülər ki, "necə möhtəşəm bir aksiya olubsa, 100-lərlə aksiya iştirakçısı da saxlanılıb, Şəhərdə  Fövqəladə Vəziyyət rejimi tətbiq edilir". Hansı ki, aksiya zamanı 60 nəfər, qısa müddətli  saxlanılıb. Onlardan 42-si xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.  18 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 

 

19 oktyabr aksiyasının nəticələrinin təhlili göstərir ki, onun keçirilməsində məqsəd xalqı maraqlandıran şüarların səsləndirilməsi, ölkənin inkişafına, əhalinin rifahının yüksəldilməsinə hesablanmış tələblərin irəli sürülməsi olmayıb. Məqsəd hansısa mərkəzlərə "biz aksiya keçirib ölkəni qarışdıra bilirik" mesajı vermək, həmçinin, Azərbaycana qarşı qərəzli olan mərkəzlərə mənfur hesabatlar hazırlamaq üçün bəhanə vermək idi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol