Qadın qılıncoynadanımız beynəlxalq turnirdə qalib olub

01:15 21-10-2019 | icon 398 | İdman
Qadın qılıncoynadanımız beynəlxalq turnirdə qalib olub

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

 

Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə o, turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran A.Başta onaltıda bir finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Təmsilçimiz səkkizdə bir finalda özbəkistanlı Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib. İdmançımız dörddə bir finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq onaltıda bir finalda Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, səkkizdə birdə finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Sablyaçılarımızın dueli A.Baştanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.

 

Digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova onaltıdabir finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlsə də, səkkizdə bir finalda özbəkistanlı Yana Obvintsevaya 9:15 hesabı ilə uduzub.

 

Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla bacarmayıb - 10:15.

Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF