Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

12:35 21-10-2019 | icon 53 | Siyasət
Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik etdiyinə, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab verməlidir.

 

Versus.Az Trend-ə istinadən xəbər veir ki, bunu açııqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.

 

Deputat bildirib ki, elektoratı olmayan bir qrupun məqsədi yalnız pozuculuq və xəyanətdir:

“Bakı Şəhər İcra Hakimiyyəti bunlara dinc mitinq keçirmək üçün yer ayırmışdı. Lakin onlar həmin yerə getməkdən imtina edərək şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etdilər. Buradan aydın görünür ki, onların məqsədi dinc aksiya keçirmək deyil, təxribat törətməkdir. Onlar bu tapşırığı xaricdən alırlar və xalq da kimin kim olduğunu yaxşı bilir, belə ünsürlərə dəstək vermir”.

 

İ.Məmmədov qeyd edib ki, Əli Kərimli törətdiyi bu əmələ görə qanun qarşısında cavab verməlidir:

“Dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini gündəlik həyatında hiss edən milyonlarla insanın səbri bir gün tükənəcək. Bu gün dünyanı bürümüş gərginlik və xaosda niyə imkan vermirsiniz ki, xalqımızın qurbanlar, gərgin zəhmət və mücadilələrlə qazanmış olduğu sabitlik və firavanlıq qorunsun. Axı sənin ağalarının ayrı-ayrı ölkələrə ixrac etdiyi “demokratiya” o ölkələri viran qoyub. Ancaq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ağıllı, uzaqgörən və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc alaraq Azərbaycanı sabitlik adasına çevirib”.

 

Milli Məclisin deputatı Aydın Hüseynov da vurğulayıb ki, növbəti dəfə müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının şahidi olduq.

 

Onun sözlərinə görə, radikal müxalifətin bu mitinqi təxribat xarakteri daşıyırdı:

“Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahidi olduq. Onlara mitinq keçirmək üçün müvafiq yerin ayrılmasına baxmayaraq, kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qopardılar. Bunlar yolverilməz haldır".

 

Deputat əlavə edib ki, ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunun durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir:

“Onların məqsədi Azərbaycanın imicinə zərər gətirmək, ölkədə olan sabitliyi pozmaqdır. Məlumdur ki, radikallar bu tapşırıqları xaricdəki havadarlarından alırlar. Ancaq həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa düçar oldular. Azərbaycan ictimaiyyəti nəinki onların səsinə səs verdi, əksinə, bütün bu olanları, Əli Kərimli başda olmaqla, qaraguruhun hamısını pislədi”.

 

Qeyd edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı