"Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"

13:54 21-10-2019 | icon 33 | Siyasət
"Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

O bildirib ki, ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir:

"Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifət, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik. Bir müddət əvvəl "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilib. Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasında mövcud olan məhdudiyyətlərdir. Biz onları götürərək milli qanunvericiliyə köçürmüşük”.

 

Ə.Hüseynli vurğulayıb ki, hüquq-mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar:

"Təəssüflər olsun ki, Avropa Birliyi özünün qeyri-adekvat mövqeyini nümayiş etdirib. Avropa Birliyinə üzv olan ölkələr Fransa və İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbr və təmkinlə, qanunauyğun davranış nümayiş etdirib".

 

Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb:

“Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. İctimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir”.

 

Versus.Az

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"