Milyonların səs verdiyi çağırış

12:20 22-10-2019 | icon 23 | Siyasət
Milyonların səs verdiyi çağırış

Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var: Qarabağ!

 

“Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsi idi. 28 illik Qarabağ həsrətinin artıq sona çatacağının sevinc sədasıdı… İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə yaşayan kəlbəcərlilərin, şuşalıların, laçınlıların, xocalıların, ağdamlıların və digər məcburi köçkün yurddaşlarımızın ümid harayıdı…

 

Bu, Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırış mesajı idi…

 

Və 10 milyonluq Azərbaycan xalqı, dünyada yaşayan bütün soydaşlarımız Prezident İlham Əliyevə məxsus bu qələbə paroluna səs verdi, bu çağırışa qoşuldu, dəstək aksiyaları düzənlədi, hərəkatlar başlandı…

 

Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var: Qarabağ…

Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır və nida işarəsi…

Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil.

 

Prezident-xalq birliyi zəfərə gedən yolumuzun açarıdır. İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyevin son bəyənatı, “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi bir daha işğalçı Ermənistana çox ciddi mesaj oldu. Bu ölkənin baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi cəfəng, məsuliyyətsiz bəyanatının üstündən qırmızı bir xətt çəkdi.

 

İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın münaqişəyədək birlikdə yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır!”

 

Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır!

 

İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi, yurdlarına dönəcəklərinə ümidlərini artırdı.

 

O cümlədən biz gənclərdə də qələbə əhvalını yüksəltdi. Azərbaycan gəncliyi bu müqəddəs çağırışa hazırdır və bütün gücü ilə bu nidaya dəstək verməyə, vətənə borcunu yerinə yetirməyə qadirdir. Eyni zamanda virtual aləmin imkanlarından da istifadə edib sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi genişləndirməliyik. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq, yalançı erməni təxəyyülünün məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparmaq da məhz biz gənclərin üzərinə düşür.

 

Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu inam isə Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən doğur. Şanlı, qüdrətli Azərbaycan ordusunun zəfər əzmindən irəli gəlir. Biz hər zaman sülh tərəfdarıyıq, amma ana torpağımızın hər qarışı uğrunda çarpışıb vuruşmağı, lazım gəlsə canımızdan belə keçməyi də bacarırıq. Elə bircə Lələtəpə qələbəsində igid ordumuzun əsgərlərinin qəhrəmanlıqlarına, şücaətlərinə nəzər salmaq kifayətdir…

 

Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır. Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir.

 

Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün uzaqda deyil.

 

Buna görə də, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Artıq bu cinayətkar qruplaşmanın yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdən keçir…

 

Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda dalğalanacaq…

 

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır… Bu, dünya var olduqca belə olub və indən sonra da belə olacaq…

 

Həbib MİSİROV,
/“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Arif Hacılı jurnalistlərdən qorxdu?

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

Parlament binası qarşısında aksiya başlayıb