"Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir"

12:50 22-10-2019 | icon 352 | Siyasət
"Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir"

Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə zərbə vurmaq, ölkəmizin imicini beynəlxalq formada dəyişdirmək istəyirlər. Lakin onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

O bildirib ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət dünyada ən yüksək səviyyədə qəbul olunur:

“Bir neçə gün sonra ən mühüm beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının Azərbaycanda zirvə toplantısı keçiriləcək. Həmin qüvvələr, eyni zamanda Azərbaycan-Amerika münasibətlərinə xələl gətirmək istəyirlər. Lakin bu, mümkün olan məsələ deyil. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

 

Deputat qeyd edib ki, Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir:

“Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan Prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın siyasətidir və heç kim bunun qarşısını ala bilməz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI